1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın dəstəyi ilə keçirilən III Beynəlxalq Bankçılıq Forumu öz işinə başlamışdır
16.11.2018

Mərkəzi Bankın məlumatına əsasən, Mərkəzi Bankın dəstəyi, Azərbaycan Banklar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iştirakı ilə keçirilən "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu öz işinə başlamışdır.

İki gün davam edəcək, 40 nəfərə yaxın beynəlxalq və yerlispikerin, 500 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev bildirdi ki, forum əksər ölkələrin islahat gündəliklərinin ayrılmaz hissəsi olan iqtisadiyyatın, maliyyə xidmətlərinin rəqəmsallaşması kimi aktual məsələlərin müzakirəsinə həsr olunub. Uzunmüddətli iqtisadi inkişafın başlıca baza determinantlarından biri olaraq rəqəmsallaşma bütövlükdə müasir rəqəmsal texnologiyalar əsasında dövlət idarəetməsinin, biznesin inqilabi transformasiyası deməkdir.

O, öz çıxışında qeyd etdi ki, Azərbaycanda milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, bir çox dövlət proqramları qəbul olunmuş, yaxın, orta və uzunmüddətli perspektiv üçün iqtisadiyyatın inkişaf hədəfləri müəyyənləşdirilmişdir. Bu hədəflər arasında rəqəmsal iqtisadiyyat quruculuğu əhəmiyyətli yer tutur.

A.Quliyev ölkədə rəqəmsal iqtisadiyyat quruculuğuna mühüm siyasi dəstək olan Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əhəmiyyəti barədə məlumat verdi. Dövlət Proqramının strateji məqsədi iqtisadi dövriyyələri bank sektoruna cəlb etməklə, maliyyə sektorunun kreditləşmə və investisiya imkanlarının artırılması və bununla da əhali və biznesin ucuz maliyyə resurslarına çıxışının genişləndirilməsidir. Nəzərdə tutulan tədbirlər ölkədə nağdsız iqtisadiyyatı genişləndirməklə kölgə iqtisadiyyatını azaldacaq və rəqəmsal bankçılığının inkişafına təkan verəcəkdir. Rəqəmsal ödənişlərin genişləndirilməsi iqtisadiyyatda monetar və fiskal nəzarətin güclənməsinə imkan verməklə makroiqtisadi siyasətin effektivliyini də artıracaqdır.

Çıxışının sonunda A.Quliyev iki gün davam edəcək forumun işində uğurlar arzu edərək tədbiri yüksək səviyyədə təşkil edən Azərbaycan Banklar Assosiasiyasına öz təşəkkürünü bildirdi.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment