1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank yeni Neftçilər Kart Mərkəzi filialını istifadəyə verdi
15.11.2018

Baki, FinanceTime. Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələri həyata keçirir. Yeni Neftçilər Kart Mərkəzi filialının açılışı da buna əyani sübutdur. Ölkənin maliyyə bazarında yenilik hesab edilən kart mərkəzləri layihəsi, fərqli lakin daha müasir və rahat bank xidmətlərini müştərilərinə təqdim edir.

Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küç., 44D ünvanında yerləşən Neftçilər Kart Mərkəzi filialı müştərilərə kartların verilməsi və bir sıra bank əməliyyatlarını (hüquqi / fiziki şəxslərə hesabların açılması, əmanətlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri, pul vəsaitlərinin və ödəniş vasitələrinin köçürülməsi, müxtəlif növ kreditlər üzrə xidmətlərin göstərilməsi) həyata keçirəcəkdir. Ötən ildən etibarən Nərimanov və Gəncə Kart Mərkəzi filialları da istifadəyə verilib.

Müştərilər yeni Neftçilər Kart Mərkəzi filialında daha öncə Həzi Aslanov, Əhmədli, Nizami, Qara Qarayev, Xəzər, Suraxanı, Sabunçu və Bakıxanov filiallarında xidmət olunan sosial, əmək haqqı, pensiya və digər layihələr üzrə kartlarını əldə edə biləcəklər. Nəticədə filialların iş yükü azalacaq və müştərilər minimum vaxt sərf edərək digər əməliyyatlar həyata keçirə biləcəklər.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirməkdə davam edir. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir. 2018-ci ildə layihə çərçivəsində yeni Bravo 2, Gəncə Kart Mərkəzi, Şimal filialları, Hava limanı, Sumqayıt və Mingəçevir şöbələri açılıb. Bundan əlavə Füzuli, İmişli filialları, eləcə də Lökbatan şöbəsi yeni ünvana köçürülərək Gənclik Mall və Ağdaş filialları əsaslı təmir olunub. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Qeyd edək ki, hazırda Kapital Bank-ın dövriyyədə 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyəti milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 700-dək bankomatı, 10000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 96filialı və 10 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment