Baki, FinanceTime. 13 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105017690ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 96.4540 AZN (10.0000%)və 100.5464 AZN (7.7000%) olan 19 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (8.0000%), orta ölçülmüş qiyməti 100.0661 AZN (7.9635%) müəyyən edilmişdir. Sifarişlərinnominal qiymətləümumi məbləği 28 344 200.00 AZN, yerləşdirilmiş həcmi isə 21 071 600,00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 10.11.2020-ci il.
Hərrac iştirakçıları 14 noyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.