1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mədəniyyət.AZ” jurnalının növbəti sayı oxucuların görüşünə gəlib
13.11.2018

Baki, FinanceTime.  “Mədəniyyət.AZ” jurnalının bu sayı yenə də oxucular üçün maraqlı materiallarla zəngindir.

Hər zaman olduğu kimi Azərbaycan Cümhuriyyətinin 100 illiyi prioritet mövzu kimi daim diqqətdədir və bu nömrəmizdə bir yandan 1918-20-ci illər mətbuatına işıq tutulur, o biri tərəfdən də qardaş Türkiyədəki Fəriköy məzarlığında uyuyan soydaşlarımız – Cümhuriyyət liderləri yad edilir!

Qarabağ nisgilimiz heç səngimir və jurnalın yaradıcı kollektivi də heç vaxt bu yaddaşın zəifləməsinə imkan vermir!

Ədəbiyyat, sənət dünyası korifeylərinin münasibətləri hər zaman mətbuatımızın ən maraqlı mövzularından olub, çünki ədəbi mühit həm də yaradıcı adamların insani münasibətləri nəticəsində formalaşır! Bu dəfə də böyük Üzeyirlə böyük Səməd Vurğun diqqətdədir. Və söz adamlarımızın xatirəsini – Xalq şairi Bəxtiyar Vahabzadənin Şəkidə açılan ev muzeyinə və dahi ustadın ölməz irsinə səyahətlə - yaşatmaq da elə ədəbiyyatımıza xidmətdir!

Azərbaycan kinosunun 120 illiyi isə jurnalın dizaynında işıqlanır.

Jurnalist Samirə Məmmədova Səməd Vurğun adına Rus Dram Teatrında premyerası olan “Uydi iz moix snov” tamaşası haqqında “Birmənalılığın çoxmənalılığı” yazısı ilə çıxış edir...

Dərgi bir müddət öncə çapdan çıxmış “Külək-yel kürəsinin şahzadəsi” kitabını dünya superqəhrəmanları sırasına milli obrazlarımızın qatılmasının gözəl nümunəsi sayır.

Əhsən Rəhmanlının təqdimatında tanınmış rəqs ustalarının “Zakir-Leyla” nağılı” - həyat və sənət hekayəsi nəql olunur. 

Redaksiyanın Qusardan təşrif buyurmuş qonağı Həsən Xasıyevin “Ləzginka” rəqsi barədə araşdırmalarının da oxucuların böyük marağına səbəb olacağı şübhəsizdir.

Ölkəmiz əvvəlkindən daha çox bu gün dünyanın diqqət mərkəzindədir deyə, biz özümüz də Vətənimizi daha yaxşı tanımalı, abidlərimizi, qoruqlarımızı qonaqlara ətraflı tanıtdıra bilməliyik. Bu səhifələrdə mövzumuz Avey qoruğudur.

“Elm” rubrikası tədqiqi materialları da hər zamankı kimi müqtədir və gənc araşdırmaçıların ixtiyarındadır...

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment