1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının Ucar şöbəsinin yeni binasının açılışı oldu
12.11.2018

Baki, FinanceTime. Müştərilər üçün ən əlçatan banklardan olan Azərbaycan Beynəlxalq Bankı xidmətin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə regional ofislərinin də bankın yeni konseptinə uyğun inkişafı layihəsini davam etdirir. Layihə çərçivəsində Bankın müasir konseptinə uyğun qurulmuş daha bir xidmət ofisi - Ucar şöbəsi yeni ünvanda istifadəyə verilib.

Şöbə bundan sonra fəaliyyətini Ucar rayonu, Oğuz küçəsi - 44 ünvanında davam etdirəcək. Geniş ərazidə yerləşən, ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Bankın Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, Azərbaycan Beynəlxalq Bankının xidmət şəbəkəsinin optimallaşdırılması, filial və şöbələrin vahid korporativ üsluba, müasir konseptə uyğunlaşdırılması bundan sonra da davam etdiriləcək: “Bu tədbirləri həm paytaxtda, həm də regional filial və şöbələrimizdə davam etdirəcəyik. Məqsədimiz fəaliyyətimizdə tətbiq etdiyimiz yeni xidmət standartları ilə müştəri məmnuniyyətinə nail olmaqdır. Ümid edirik ki, Bankın yenilənmiş Ucar şöbəsindəki şərait müştərilərimizin ürəyincə olacaq və bank bu regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcək”.

Ucar şöbəsində vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment