1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan bankçılığında yenilik!
10.10.2018

Baki, FinanceTime. Müasir innovativ texnologiyaların inkişafına böyük önəm verən Kapital Bank, Azərbaycanda daha bir ilkə imza atdı. Belə ki, artıq alış-verişə gedərkən cibinizdə pul və ya ödəniş kartının olması önəmli deyil. Artıq mağazaya gedərkən, ödənişləri smartfon vasitəsilə etmək mümkündür.

“QR Pay” adlanan yeni ödəniş növündən istifadə etmək üçün BirBank tətbiqini telefona yükləmək kifayətdir. Bunun üçün alış-veriş etdikdən sonra kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır. Ödəniş etmək üçün BirBank-da olan istənilən kartın hesabından istifadə etmək olar – hətta Kapital Bank-a aid olmayan kartdan da.

Odur ki, BirBank tətbiqi olan müştərilər müxtəlif mağazaların kassalarında “QR Pay” posterini gördükdə, ödənişi daha rahat və təhlükəsiz qaydada həyata keçirə bilərlər. Ödənişlərin bu formada olması həmçinin ölkədə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində yeni mərhələyə keçid hesab olunur.

Qeyd edək ki, hazırda 200 000-dən artıq BirBank istifadəçisi vardır. Tətbiqi iOS istifadəçiləri “App Store”dan, Android istifadəçiləri isə “Play Market”dən yükləyib, 1 dəqiqə vaxt sərf etməklə istənilən bankın kartı ilə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün —www.kapitalbank.az/news/birbank-456.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment