1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda Sandro Ferrone lüks geyim butiki açıldı
09.10.2018

Baki, FinanceTime.  Bakıda məşhur İtalyan brendi Sandro Ferronelüks geyim butiki açıldı.

Açılış mərasimində çıxış edən Sandro Ferrone şirkətinin ixrac üzrə meneceri Tereza Hidalqo (Teresa Hidalgo) bildirdi ki, Sandro Ferrone brendi moda aləmində öz unikal biznes-modeli ilə məşhurdur. Şirkətin strategiyası olan “Fast Fashion” (sürətli moda) mənası, hal-hazırda yalnız ilin mövsümünə aid ən dəbli geyimlərin istehsal olunması, habelə kolleksiyaların daima yeni modellərlə əvəzlənməsi mənasını daşıyır.”Sandro Ferrone” brendinin geyim tərzi hər zaman yerinə uyğun olan eleqantlıqdır.

Qadınların arzu və tələbatlarından ilhamlanaraq, “Sandro Ferrone” şirkəti istehlakçıların tələblərinə mükəmməl şəkildə cavab verən ən aktual modellər yaratmağa çalışır. Yaradıldığı gündən bəri, brend yüksək keyfiyyətli məhsulların istehsalına yönəlib, xüsusi diqqət detallara və parlaq orijinal dizayna yetirilir. Heçnə gözəl və gözəçarpan rəngli İtalyan geyimi kimi,qadınlarda təbəssümə və pozitiv əhval-ruhiyyəyə səbəb ola bilməz. Şirkətintəsisçisi Alessandro Ferrone mətbuat konfransların birində demişdir: “İstehsal etdiyim paltarları, həyatda daima gülümsəyərək addımlayan xanımlara həsr edirəm”.

Əlverişli qiymətlər və yüksək keyfiyyət “Sandro Ferrone” brendinə dəbli geyimlər biznesində yeni üfüqlər fəth etməyə imkan verir. Və bu gün biz çox şadıq ki, Sandro Ferrone öz 60 illik yubileyini, dünyanın ən gözəl və məftunedici şəhərlərindən biri olan məhz Bakıda yeni butik açmaqla ilə qeyd edir.

İtalyanın Azərbaycandakı səfirliyinin birinci katibiUmberto Boeri tədbirə qatılan moda həvəskarlarını Azərbaycanın mərkəzində eleqant qadın geyimi butikinin açılışı münasibəti ilə təbrik etdi və “Sandro Ferrone”-yə Azərbaycanda daha çox uğurlar əldə etməyi arzuladı.

Azərbaycanda kiçik bir İtaliya atmosferini yaratmağa çalışaraq, müğənni Leyla İzzətova və məşhur DJ KEN tandemi axşam boyunca qonaqları İtalyan motivləri və Azərbaycan nəğmələri ilə sevindirdi. Dəvət olunanlar brendin yeni kolleksiyasını qonaqlara nümayiş etdirən modellərin iştirakı ilə moda dəfiləsini şəxsən izləyə bildilər.

“Sandro Ferrone”– 1958-ci ildə təsis edilmiş və hal-hazırda dünyanın 35 ölkəsində 200 butikə sahib İtalyanın ultradəbli, eleqant və zərif paltarlar istehsal edən dizayner brendidir.

Butikin Bakı şəhərindəki ünvanı: Zərifə Əliyeva küçəsi 17, Muzey Mərkəzinin arxasında (keçmiş Lenin muzeyi).


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment