1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Türk Hava Yolları” biznes-sinif sərnişinləri üçün qida xidmətini yaxşılaşdırır
02.10.2018

Baki, FinanceTime.  Təyyarənin göyərtəsində təklif olunan qidaya görə dəfələrlə mükafatla layiq görülən “Türk Hava Yolları” aviaşirkəti bir addım irəliləyərək biznes-sinif sərnişinlərinə uçuşdan əvvəl yemək seçimini təmin edən xidməti istifadəyə verib.

Bu xidmətə əsasən, İstanbuldan aşağıda göstərilən qitələrarası istiqamətlərə səyahət edən biznes-sinif sərnişinləri şirkətin internet səhifəsində və ya mobil tətbiqdə yeməyin detallarını və görünüşünü nəzərdən keçirib, seçimlərini edə bilərlər. Sərnişinlər öz seçimlərini uçuş tarixindən 1 həftə əvvəl və ya uçuşa 48 saat qalmış edə bilərlər.

İstanbuldan Atlanta, Banqkok, Pekin, Boqota, Boston, Keyptaun, Çikaqoy, Quançjou, Hanoy, Havana, Hoşimin, Honqkonq, Hyuston, Cakarta, Yohanesburq, Kuala-Lumpur, Los-Anceles, Manila, Mayami, Monreal, Nyu-York, Phuket, Port-Lui, San-Fransisko, San-Paulo, Seul, Şanxay, Sinqapur, Taybey, Tokio, Toronto, Vaşinqton, Karakas, Panama Siti, Madaqaskar, Durban, Maputu və Buenos-Ayresə səyahət edən “Türk Hava Yolları” sərnişinləri bu xidmətdən yararlana bilərlər.

Bundan başqa, “Türk Hava Yolları” biznes-sinif sərnişinlərinə qitələrarası uçuşlarda səyahət zamanı istədiyi vaxt şam etmək imkanı verən bir xidmət təklif edir. Dünyada cəmi bir neçə aviaşirkət tərəfindən təklif olunan bu imtiyazlı xidmət sərnişinlərə daha çox xüsusi xidmət əldə etməyə imkan yaradır. “Türk Hava Yolları” sərnişinləri istirahət və yemək vaxtlarını seçərək daha rahat səyahət təcrübəsi yaşayacaq.

Sərnişinlər bu xidmətdən bütün “Türk Hava Yolları”nın İstanbuldan həyata keçirilən və ya gələn qitələrarası gecə uçuşlarında* istifadə edə bilərlər.

“Uçuşdan əvvəl yemək seçimi” xidməti barədə ətraflı məlumat: https://www.turkishairlines.com/en-ua/flights/fly-different/business-class/meal-selection/index.html.

*Uçuşun vaxtından asılı olaraq bəzi gecə uçuşlarında istisnalar ola bilər.

 

Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 304 istiqamət üzrə uçuşlar yerinə yetirən (255 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də Facebook, Twitter, YouTube, LinkedInInstagram.səhifələrində əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment