1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinin görüşü keçirilib
28.09.2018

Baki, FinanceTime. Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin Hüquq komitəsinin görüşü keçirilib. Görüşdə Hüquq komitəsinin sədri – Atəşgah Sığorta şirkətindən Səbuhi Mikayılov və komitə üzvləri –AzRe Təkrarsığorta şirkətindən Gündüz Məmmədli, Qala Həyat Sığorta şirkətindən Süleyman Zeynallı, Meqa Sığorta şirkətindən Hamlet Qarayev, Paşa Sığorta şirkətindən Rübabə Qafarova, Paşa Həyat Sığorta şirkətindən Səbuhi Göyüşov, AzSığorta şirkətindən Pərvin Quliyeva, Xalq Sığorta şirkətindən Emin Abdullayev, AtaSığorta şirkətindən Şəhriyar Əlizadə, həmçinin, Birliyin əməkdaşları iştirak edib.

Görüşdə “Sığorta hadisəsi zamanı ödənilməmiş hissəvi sığorta haqlarının sığorta ödənişindən tutulması” və “Sığorta marağı ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş dairənin genişləndirilməsi” mövzuları müzakirə edilib. Müzakirə zamanı komitə üzvləri qeyd olunan mövzularla bağlı təcrübədə rast gəldikləri hallar barədə fikir mübadiləsi edib, bununla bağlı təcrübələrini bölüşüb və qarşılaşdıqları ziddiyyətli hallara dair təkliflər irəli sürüblər.

Görüşün yekununda komitə üzvləri “Sığorta hadisəsi zamanı ödənilməmiş hissəvi sığorta haqlarının sığorta ödənişindən tutulması” mövzusuna dair təkliflərin hazırlanıb ilkin növbədə müzakirəsi, daha sonra isə müvafiq quruma göndərilməsi qərara alınıb.

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin nəzdində fəaliyyət göstərən üç komitədən biri olan Hüquq komitəsi sığorta bazarında mövcud problemlərin həllində və ziddiyyətli məsələlərin hüquqi baxımdan tənzimlənməsi platforması kimi çıxış edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment