1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının IBAm və IBAnking xidmətlərinə yeni funksiyalar əlavə olundu
25.09.2018

Baki, FinanceTime. İnnovativ bank olaraq rəqəmsal bankçılıq platformalarını daim inkişaf etdirən Azərbaycan Beynəlxalq Bankı IBAm mobil əlavəsi və IBAnking internet bankçılıq sistemi istifadəçilərinə yeni imkanlar yaradıb. Müştərilər bu sistemə əlavə edilmiş funksiya və xidmətlərdən faydalana bilərlər.

Belə ki, indi IBAm və IBAnking vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq olar. Bundan başqa, adıçəkilən sistemlərə şifrənin dəyişdirilməsi funksiyası da əlavə olunub və ən əsası tətbiq olunan yeni şifrə siyasətinə əsasən şifrənin təyin olunması ilə bağlı bəzi simvol məhdudiyyətləri aradan götürülüb.

IBAm və IBAnking istifadəçiləri bütün bunlardan əlavə aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:

* Hesablar barədə məlumatın əldə edilməsi;

* Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;

* Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;

* Kartların bloklaşdırılması və blokdan çıxarılması;

* “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

* Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;

* Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;

* Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;

* Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;

* Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün IBAm və IBAnking sistemlərinə qoşulma, onlardan istifadə tamamilə pulsuzdur.

IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

Yükləmə linkləri: Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8 IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az

Məlumat üçün bildirək ki, bu hələ son deyil. Belə ki, Bank sözügedən xidmətlərin istifadəçilərini yeni funksiyalarla daha da sevindirməkdə davam edəcək.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment