1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Elnur Hüseynquluyev: “yığımlarımız artır, ödənişlər operativ həll olunur”
17.09.2018

Baki, FinanceTime. Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” sığorta 2018-ci ilin yanvar-avqust ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elnur Hüseynquluyevin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarıda“Qala Həyat”ın fərdi və korporativ müştərilər üzrə məcmu yığımlarının həcmi 10,859 mln. manatı ötüb:“Bu hesabatımızı operativ məlumatlar əsasında hazırlamışıq. Yığımlar üzrə portfelin diversifikasiyasına nəzər yetirək görəririk ki, portfelin formalaşmasında “həyatın ölüm halından sığortası”,“həyatın yaşam sığortası” və “bədbəxt hadisələrdən icbarı sığorta” növləri daha çox yığım payına malikdir. Hər ötən ayın hesabatı ilə müayisədə yığımlarımızın həcmi artır”.

E.Hüseynquluyev yığımlarla yanaşı şirkətin sığorta ödənişləri haqda da məlumat verib. O qeyd edib ki, cari ilin əvvəlindən sentyabr ayının 1-dək “Qala Həyat” müştərilərinə 10,952 mln. manatda çox sığorta ödənişi edilib:“Ödənişlər qanunvericiliyin tələbinə uyun olaraq vaxtında və opreativ qaydada həyata keçirilib. Ən iri ödəniş “həyatın yaşam sığortası” növünün payına düşüb. Ümumiyyətlə, sığorta ödənişlərin vaxtında və operativ həll edilməsi müştəridə şirkətə qarşı inam və etibar yaradan amillərdən hesab olunur.Çalışırıq ödənişlərin verilməsində bir gün olsa belə gecikmə yaranmasın. Müştərini razı salmaq və onun məmnuniyyət səviyyəsini daha da yüksəltmək “Qala Həyat” üçün ən prioritet məsələlərdən biridir.”

Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir.Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment