1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ADA Universitetinə orta qəbul balı 548 təşkil edib
17.09.2018

Baki, FinanceTime.  ADA Universiteti 2018-2019-cu tədris ilinin qəbul nəticələrini açıqlayıb- ali təhsil ocağına yeni 529 bakalavr və 100 magistr qoşulub. Universitetin tədris, təhlil və planlaşdırma şöbəsinin məlumatına görə, bu il bütün ixtisaslar üzrə ümumi orta qəbul balı 548  təşkil edib. Ölkə üzrə ən yüksək -700 bal toplayanlardan beş nəfər abituriyent ADA-nı seçib. Bu tədris ilindən etibarən açılan hüquqşünaslıq ixtisasına isə nəzərdə tutulan yerlər dolaraq keçid balı 601 olub. Tədris məsələləri üzrə prorektor Vəfa Kazdal bildirib: “Digər tədris proqramlarımız kimi, hüquq proqramımız da dünyanın bu sahədə aparıcı təhsil təcrübələrinə və savadlı, səriştəli, məsuliyyətli qlobal vətəndaşlar yetişdirmək kimi missiyamıza söykənir. Gələcək  məzunlarımız öz sahələrində yüksək etik dəyərlərə, güçlü tətbiqi biliklərə, XXI əsrin tələb etdiyi tənqidi düşüncə, təhlil, dəyərləndirmə və kommunikasiya qabiliyytələrinə malik kadrlar kimi çöx töhfələr verəcəklər.”

ADA Universitetinə bu il 38 müxtəlif ölkədən xarici tələbə qəbul olunub. Onlardan 5 nəfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilki müvafiq sərəncamına uyğun olaraq İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri vətəndaşlarına ayrılan təhsil qrantlarından yararlanıblar,  14 nəfər isə Xarici İşlər Nazirliyi tərəfindən təsis edilən Əlimərdan bəy Topçubaşov təqaüdü qazanıblar. Universitetin beynəlxalq, hökumət və tələbə məsələləri üzrə prorektoru Fariz İsmayılzadənin sözlərinə görə, bu il Bolqarıstan, Çili, Eritreya, Fransa, İndoneziya, Tacikistan və Liberiya ADA-ya ilk tələbələrini göndərib: “Tələbə heyətimizin artan beynəlmilləlliyi ADA fərqlərindən biridir. Bununla yanaşı hər tələbə mübadilə proqramı ilə 70-ə yaxın xarici universitet tərəfdaşlarımızdan birində bir semestr təhsil ala bilər. Fərqli mədəniyyətdə keçirilən təhsil vaxtı  gənclərimizə tək akademik biliklər vermir, eləcə də məsuliyyət, təşəbbüs, cavabdehlik kimi dəyərləri aşılayır. Onların milli kimlik və vətənpərvərlik ruhu daha da möhkəmlənir. ”

Qeyd edək ki, 2018-2019-cu tədris ilinin nəticələrinə görə ADA Universitetinə qəbul edilən 198 nəfər tələbənin təhsil xərcləri qaçqın, məcburi köçkün, valideyn himayəsindən məhrum, Qarabağ mühairbəsi əlili və digər sosial imtiyazlı təbəqəyə aidiyyatı üzrə dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment