1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti yeni tədris ili ərəfəsində region məktəblilərini sevindirib
17.09.2018

Baki, FinanceTime. PAŞA Sığorta şirkəti təhsilə dəstək məqsədi ilə ölkənin Quba-Xaçmaz zonasında birinci sinfə gedəcək aztəminatlı ailələrdən olan uşaqlara məktəbli forması və dərs ləvazimatları hədiyyə edib.

Davamlı olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri reallaşdıran PAŞA Sığorta şirkəti PAŞA Holding-in dəstəyi ilə ənənəvi olaraq yeni tədris ilinin başlanması münasibətilə regionlarda yaşayan aztəminatlı ailələrin şagird adı qazanacaq övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı silsilə tədbirlər həyata keçirib. Beləliklə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında baş tutmuş xeyriyyə tədbirləri çərçivəsində PAŞA Sığorta və PAŞA Holding-in bir qrup könüllü əməkdaşı tərəfindən 350-dək uşağa məktəbli forması dəsti və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim edilib. Həmçinin tədbir zamanı uşaqların sevinc və marağına səbəb olmuş sürpriz əyləncə proqramı təşkil olunub.  

Təqdirə layiqdir ki, PAŞA Sığorta şirkətinin cari təşəbbüsü artıq ardıcıl olaraq üçüncü ildir ki, həyata keçirilir. Ötən illərdə layihə çərçivəsində ölkənin Aran və cənub bölgələrində yaşayan aztəminatlı ailələrdən olan 400-dən çox uşaq forma və ləvazimatlarla təmin edilib.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment