1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell “ASAN Məktub”la uşaqların xəyallarını gerçəkləşdirməyə davam edir
14.09.2018

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti dəfə “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” təşəbbüsünə qatılıb.

Layihə çərçivəsində Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşəbbüsü olan “Məktəblinin dostu” layihəsinin də tərəfdaşlığı ilə xüsusi aksiya təşkil olunub. “Bilik Günü” münasibətilə keçirilmiş bu aksiyanın əsas məqsədi yeni tədris ilinin başlaması ilə əlaqədar, www.asanmektub.az saytında öz arzularını yerləşdirmiş uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.

Bu münasibətlə, Bakcell nümayəndələri və ASAN Könüllülərin iştiraki ilə xüsusi tədbir təşkil edilib və aztəminatlı ailələrdən olan 50-dən çox 1-9 sinif şagirdinə məktəb çantası və ləvazimatları hədiyyə olaraq verilib.

“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Bakcell şirkəti artıq 2 ildən çoxdur ki, bu layihəyə dəstək göstərir. Bu müddət ərzində “Bakcell”in dəstəyi ilə Bakı və Azərbaycanın bölgələrində (Lahic, Qəbələ, Şirvan, Neftçala) 500-ə yaxın uşağın arzusu gerçəkləşdirilib. Uşaqların saf arzularını reallığa çevirən bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri xeyirxah vətəndaşlar tərəfindən reallaşdırılır. Layihənin mobil rabitə dəstəyi isə Bakcell şirkəti tərəfindən təmin edilir.

Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan Bakcell şirkəti uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətini göstərmək üçün davamlı şəkildə “ASAN Məktub” layihəsi və busahədə həyata keçirilən digər təşəbbüslərə dəstək göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment