Baki, FinanceTime. 11 sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0102008684 ISIN-li, 10mln. manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 94.3543 AZN (12.0661%) və 97.1106 AZN (6.0000%)olan 23 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4148 AZN (7.4986), orta ölçülmüş qiyməti 96.4633 AZN (7.3935%)müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46 160200,00 AZN, yerləşdirilmiş həcmi isə 10mln. manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 12 mart 2019-cu il.
Hərrac iştirakçıları 12 mart 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.