|
|
|
Fond birjası | | | “Kapital Bank” ASC BFB-də listinqə qəbul edilmişdir |
30.08.2018 | |
| |
Baki, FinanceTime. 29 Avqust 2018-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir:
№
|
Döv. Qeyd. nömrəsi
|
Q/k növü və forması
|
Ticarətə buraxılan qiymətli kağızların sayı
|
Q/k-ın yerləşdirməyə başlanması tarixi
|
Q/k-ın ilkin ticarət qiyməti
|
1
|
AZ3001005157
|
İmtiyazlı adlı sənədsiz
|
3 228 410
(ədəd)
|
30.08.2018
|
12.39 AZN
|
Səhmlərin yerləşdirməsi üzrə anderayter “PAŞA Kapital İnvestisiya şirkəti” QSC-dir.
Eyni zamanda Kapital Bankın hal-hazırda tədavüldə olan adi adlı sənədsiz səhmləri Listinq Komitəsinin qərarı ilə standart bazar seqmentinə daxil edilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
|
|
|
|