1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unitransferlə pul köçürmələri daha asan oldu
17.07.2018

Baki, FinanceTime. Unibank müştərilərinin rahatlığı üçün Unitransfer ilə pul köçürmələrini daha da asan etdi. Artıq Unibank müştəriləri Unitransfer vasitəsiylə ölkədaxili pul köçürməsini bankın ödəniş terminallarından göndərib, bankomatlarından nağd şəkildə çıxara bilərlər.

Bunun üçün sadəcə ən yaxın Unibank ödəniş terminalına yaxınlaşıb, şəxsiyyət vəsiqənizin pin kodunu və telefon nömrələrinizi daxil etmək kifayətdir. Vəsait göndərildikdən dərhal sonra, 30 gün ərzində iş və ya qeyri-iş günlərindən asılı olmayaraq, günün istənilən vaxtında hər hansı Unibank bankomatına yaxınlaşıb, 10 rəqəmli kodu daxil etməklə göndərilən pulu nağd şəkildə almaq mümkündür.

Köçürmə üzrə xidmət haqqı belədir:

- 500 AZN qədər - 2 AZN;

- 501-1000 AZN arasında olan məbləğlər üçün 4 AZN.

Dünyanın ən məşhur və etibarlı pulköçürmə sistemlərinin xidmətlərini təqdim edən Unibank, hazırda geniş xidmət şəbəkəsinə malik “Zolotaya Korona”, “Contact”, “Western Union”, "Blizko", “PrivatMoney”, “UPT” kimi nüfuzlu təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərərək, manat, ABŞ dolları , avro və Rusiya rublu ilə əməliyyatlar həyata keçirir.

Beynəlxalq pul köçürmə sistemləri ilə əməkdaşlığını ildən-ilə dərinləşdirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bu sistemlər dünyanın 190-dan çox ölkəsində fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq ən sərfəli tariflər ilə həyata keçirməyə imkan verir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.azhttps://twitter.com/unibank) əldə etmək olar.

Unibank – hər kəsin bankı!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment