1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kaspersky Lab”: Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb
17.07.2018

Baki, FinanceTime.   “Kaspersky Lab”ın məlumatına* əsasən, Azərbaycan istifadəçilərinin təxminən üçündən ikisi internetdə müxtəlif təhlükələrlə qarşılaşır. Bu göstərici, demək olar ki, son 18 ay ərzində dəyişməz qalıb. Belə ki, bu ilin birinci yarısında Azərbaycan istifadəçilərinin 61%-i zərərli proqramlar tərəfindən hücuma məruz qalıb. 2017-ci ilin analoji dövründə isə bu göstərici 60%-dən bir qədər çox olub.

Lakin “Kaspersky Lab”ın analitikləri ölkədə mobil zərərvericilər tərəfində yoluxmaların sayının azaldığını müşahidə ediblər. 2017-ci ilin ilk yarısında Azərbaycanda “Android” istifadəçiləri orta hesabla 6 zərərverici proqramla qarşılaşıb. Bu ilin eyni dövründə isə mobil zərərverici proqram təminatı tərəfindən bir istifadəçiyə olunan hücum cəhdləri 5-dək azalıb.

2018-ci ilin birinci yarısında “Android” platforması üçün mobil zərərverici proqram təminatı ilə qarşılaşan istifadəçilər sözügedən dövr ərzində bütün zərərverici proqram təminatı ilə qarşılaşmış istifadəçilərin 9,15%-ni təşik edib. Cari ilin yanvar-iyun aylarında Azərbaycan istifadəçiləri veb-maynerlər tərəfindən təxminən 850 min dəfə hücuma məruz qalıb.

“Bu gün kibertəhdidlərin müxtəlifliyi o qədər çoxalıb ki, onlara qarşı keyfiyyətli müdafiə həm vacib, həm də mühüm əhəmiyyət kəsb edir. Smartfon və kompüterlərimizdə dəyərli kontaktlar, əziz xatirələr qorunur, internet-brauzerlər bizim parol və bank kartlarımızın məlumatını yaddaşda saxlayırlar. Biz avadanlıqlarımıza həddindən çox etibar edirik ki, onları əsassız risklərə məruz buraxaq”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda regional nümayəndəsi Müşviq Məmmədov bildirib.

“Kaspersky Internet Security” etibarlı kompleks həlli istənilən kibertəhlükənin öhdəsindən gəlməyə kömək edəcək. Bu məhsul bütün növ zərərli proqramları və cinayətkarların taktiki hiylələrini müəyyən edir və bloklayır, daxilində mövcud olan xüsusi modullar isə daha vacib məlumatı müdafiə etməyə imkan verir. Məsələn, “Təhlükəsiz ödənişlər” komponenti vasitəsilə heç bir şeydən qorxmadan internetdə tranzaksiyalar həyata keçirmək, təhlükəsiz alış-veriş etmək və hesablar arasında pul köçürmələrini etmək mümkündür. “Antifişinq” sistemi isə fırıldaqçı təkliflərdən və saxta veb-səhifələrdən sizi xilas etməyə zəmanət verir.

*Məlumatlar “Kaspersky Security Network” (KSN) bulud infrastrukturunun köməyi ilə əldə olunub ki, bura istifadəçilərin razılığı ilə “Kaspersky Lab”ın məhsullarının fəaliyyəti barədə statistik məlumatlar göndərilir, o cümlədən istifadəçinin avadanlığında zəzərli proqram təminatının aşkar olunması ilə əlaqədar həllərin müdafiə komponentlərinin işə düşməsi ilə bağlı məlumatlar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment