1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“New Baku Hotel”-də “Musiqi Axşamı” keçirilib
16.07.2018

Baki, FinanceTime.  14 iyul 2018-ci il tarixində “New Baku Hotel”-də “Musiqi Axşamı” keçirilib. Tədbirdə SKAL-ın Azərbaycan üzrə nümayəndələri, musiqi sevərlər və işgüzar insanlar iştirak ediblər.  Tədbiri Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının (ÜSTT) prezidenti Ruslan Quliyev açaraq qonaqları salamlayıb və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. “Musiqi axşamı” tədbirinin proqramına pianoçu Elçin Məmmədov müşayiəti ilə Kamran Rzayevin ifasında Azərbaycan, rus və ingilis bəstəkarlarının repertuarlarından mahnılar daxil edilib. Kamran Rzayev Rəşid Beybutovun repertuarından “Saçlarına gül düzüm”, “Sevgilim”, “Sənədə qalmaz”, Müslüm Maqomayevin repertuarından “Синяя Вечность”, Serovun repertuarından “Я люблю тебя до слез”, “Ты меня любишь”, Elvis Preslinin repertuarından “Always on my mind”, “Speak softly love”, Endi Uilyamsın repertuarından “Speak softly love” mahnılarını ifa edib. Tədbirdə ifa olunan mahnılar bütün qonaqların ürəyincə oldu. Tədbirin sonunda “New Baku Hotel” otelinin Satış və Marketinq departamentinin direktoru Tahir Məmmədov Kamran Rzayevə və pianoçu Elçin Məmmədova təşəkkürnamə təqdim edib.

 “New Baku Hotel”-in baş meneceri və Skal İnternational Baku Turizm Peşəkarlar Birliyinin Prezidenti Ceyhun Aşurov tədbirlə bağlı bildirib ki, oteldə daim işgüzar insanları birləşdirən müxtəlif tədbirlər keçirilir. Tədbir işgüzar insanlara gözəl istirahət etməklə yanaşı öz işgüzar əlaqələrini də yaratmağa imkan verir. “New Baku Hotel”-in kommunikasiya planına uyğun olaraq 2018-ci ilin sonuna qədər SKAL-ın Azərbaycan üzrə nümayəndələri və işgüzar insanlar üçün  müxtəlif tədbirlərin  keçşirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, SMART Hotel Management şirkətinin nəzdnində fəaliyyət göstərən “New Baku Hotel” öz geniş otaqları, 7 Sky Restoranı və Terrası ilə qonaqların xidmətindədir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment