1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Moody's Xalq Bankın reytinq üzrə proqnozunu “Pozitiv” səviyyəsinədək yüksəldib
10.07.2018

Baki, FinanceTime. Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləyərək reytinq üzrə proqnozu “Neqativ”-dən “Pozitiv”-ə yüksəldib.

Agentliyin təhlilçiləri Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) caa1, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini  (CR Assessments) B2(cr)/Not Prime səviyyəsində təsdiq ediblər.

Moody’s ekspertləri reytinq üzrə proqnozun “Neqativ”-dən “Pozitiv“ səviyyəsinə yüksəlməsini Xalq Bankın aktivlərinin keyfiyyətinin yüksəlməsi, rentabelliliyinin artması, kapitalının dayanıqlılığı və sabit likvidlik kimi amillərlə əsaslandırırlar. 

Agentliyin gəldiyi qənaətə görə Xalq Bankın kapitalı bütün yüksək kredit zərərlərini qarşılamağa imkan verir. Hesabatda Bankın kredit portfelində problemli kreditlərinin payının 12,7%-dək, kredit üzrə zərərlərin 1,9%-dək enməsi müsbət hal kimi dəyərləndirilir, nizamnamə və məcmu kapitallarının adekvatlılıq əmsalının yüksək olması xüsusilə vurğulanır.

ASC Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment