|
|
|
Digər xəbərlər | | | “New Baku Hotel”-də “Musiqili Axşam” keçiriləcək |
09.07.2018 | |
| |
Baki, FinanceTime. 14 iyul 2018-ci il tarixində “New Baku Hotel” otelində “Musiqili Axşam” keçiriləcək. Tədbirdə SKAL-ın Azərbaycan üzrə nümayəndələri, musiqi sevərlər və işgüzar insanlar iştirak edəcəklər. “Musiqili axşam” tədbirinin proqramına pianoçu Elçin Məmmədov müşayiəti ilə Kamran Rzayevin ifasında Azərbaycan, rus və ingilis bəstəkarlarının repertuarlarından mahnılar daxil edilib. Kamran Rzayev Rəşid Beybutovun repertuarından “Saçlarına gül düzüm”, “Sevgilim”, “Sənədə qalmaz”, Müslüm Maqomayevin repertuarından “Синяя Вечность”, Serovun repertuarından “Я люблю тебя до слез”, “Ты меня любишь”, Elvis Preslinin repertuarından “Always on my mind”, “Speak softly love”, Endi Uilyamsın repertuarından “Speak softly love” mahnılarını ifa edəcək.
Tədbirə giriş dəvətnamə ilədir
|
|
|
|