1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank kiçik və orta sahibkarlıq müştərilərinin biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün yeni xidmətlər paketini təqdim edir
09.07.2018

Azərbaycanın aparıcı korporativ bankı-PAŞA Bank kiçik və orta sahibkarlıq nümayəndələrinin B2B sahəsi üzrə təchizatlarının maliyyələşdirilməsi üçün yeni xidmətlər toplusunu təqdim edir. Bu maliyyələşdirmə sxemi mal və xidmət təchizatı zəncirinin bütün iştirakçılarını birləşdirir, lazımi likvidliyin təmin edilməsi üçün maksimal bəhrələnmək imkanı verir.

PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə təchizat zəncirinin maliyyələşdirilməsi üzrə xidmətlər paketinin dövriyyə vəsaitinin artırılması üçün istifadə olunan ənənəvi kredit məhsullarından əsas fərqi ondan ibarətdir ki, sahibkar girov təmin etmədən nisbətən qısa müddət ərzində pul vəsaitinə çıxış əldə edir və bu məhsul üzrə faiz dərəcəsi digər növ kreditləşmələrin faiz dərəcəsindən orta hesabla 2-3% daha aşağıdır.

«Burada bizim əsas məqsədimiz kiçik və orta sahibkarlıq üzrə müştərilərimizin biznes fəaliyyətlərinə lazım olan likvidliyin təmin olunması üçün dövriyyə vəsaitlərinə olan ehtiyacını təmin etmək, B2B sektorunda təchizat prosesinin maliyyə effektivliyini artırmaq, biznesin maliyyə risklərini azaltmaq və əlbəttə ki, istifadəsi asan və keyfiyyətli bank xidmətini təmin etməkdir. Artıq bu gün biz deyə bilərik ki, bu maliyyələşdirmə sxemi iqtisadiyyatın neft-qaz, telekommunikasiya, ticarət və xidmətlər, tikinti, informasiya və kommunikasiya texnologiyaları, gündəlik tələbat məhsulları (FMCG)və digər sektorlarında iri bizneslərə xidmət göstərən sahibkarların marağına səbəb olub. Bu xidmətlər paketinin kiçik və orta sahibkarlar üçün cəlbedici olduğunu nəzərə alaraq ilin yekununa bu seqmentdə portfel artımının 100% təşkil edəcəyini ehtimal edirik», – deyə A. Qolovko fikrini yekunlaşdırdı.

Onu da qeyd etmək lazımdır ki, kiçik və orta sahibkarlıq üzrə müştərilərin təchizat zəncirinin maliyyələşdirilməsi xidmətinin təqdim edilməsi PAŞA Bankın 2018-2020-ci illəri əhatə edən İnkişaf strategiyası çərçivəsində həyata keçirilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment