1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Həyat”da KİV nümayəndələri üçün “Açıq Qapı Günü” keçirildi
11.06.2018

Baki, FinanceTime. Bu gün “Qala Həyat” Sığorta Şirkətində ilk dəfə olaraq media nümayəndələri üçün “Açıq Qapı Günü” keçirilib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, şirkətdəki iş prosesi və göstərilən xidmətlərlə tanış olmazdan əvvəl media nümayəndələri ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan şirkətin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elnur Hüseynquluyev “Açıq Qapı Günü”nün “Qala Həyat”da ilk dəfə təşkil olunduğunu və bunun məqsədləri barədə danışıb.

O bildirib ki, “Qala Həyat” şirkəti KİV-lə münasibətlərə daha çöx önəm verib: “Qala Həyat” fəaliyyətə başladığı dövrdən KİV-lə əməkdaşlıq əlaqələrini uğurla davam etdirib. Şirkətin fəaliyyəti tarixində KİV nümayəndələri ilə dostluq münasibəti yaradıb. Redaksiyalar tərəfindən göndərilən sorğu və suallar tərəfimizdən tam vaxtında cavablandırılır, redaksiya əməkdaşları lazım olan informasiyalarla təmin edilir. “Qala Həyat” hazırda KİV-lə münasibətlərini yüksələn xətlə inkişaf etdirir. Bu əməkdaşlıq əlaqələrinin gələcəkdə də uğurla davam etdiriləcək”.      

E.Hüseynquluyev bildirib ki, belə bir tədbirin təşkil edilməsində əsas məqsəd ictimaiyyəti, eləcədə media nümayəndələrini şirkətimizin fəaliyyəti, şirkətdə baş verən yeniliklərlə bağlı məlumatlandırmaqdır: “Biz bu tədbiri təşkil etməkləmedia işçilərini struktur bölmələrimizin işi ilə daha yaxından tanış edirik, onlara göstərdiyimiz həyat sığortası xidmətləri barədə məlumatlar veririk. Düşünürəm ki, bu cür görüşlər tez-tez təşkil edilməlidir. Çünki bu görüşlər ictimaiyyətin həyat sığortası sahəsinə olan marağının artırılması ilə yanaşı, onların sığorta biliklərinin yüksəlməsinə, maarifləndirilməsinə köməklik göstərmiş olur”. 

Sonra “Qala Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Azər Əlizadə və İdarə Heyətinin sədr müavini Natiq Həsənov şirkətin yaxın vaxtlarda bazara təqdim edəcəyə yeni həyat sığortası məhsulu, eləcə də cari ilin yanvar-may ayları üzrə yığım və ödənişləri və yeni layihələr barədə geniş məlumat veriblər.

Daha sonra media nümayəndələri “Qala Həyat”ın müxtəlif department və şöbələrin, o cümlədən maliyyə departamenti, kadrlar və ümumi işlər departamenti, satış blokunun və digər struktur bölmələrin iş şəraiti ilə ilə yaxından tanış olublar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment