1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının təqaüdçüləriarasında şahmat çempionatı başa çatdı
08.06.2018

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Şahmat Federasiyası ilə birgə öz təqaüdçü müştəriləri arasında keçirdiyi şahmat üzrə respublika çempionatı başa çatıb. Mayın 29-dan başlayaraq 5 gün davam edən çempionatda ölkəmizin müxtəlif regionlarından şahmat dərəcələri olan 30-dan çox şahmatçı iştirak edib. Çempionatda 1-ci yerə 7 xalla Həmzə İsmayılovçıxıb. O, fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur. Həmzə İsmayılov uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olub: “67 yaşım var. Azərbaycan Beynəlxalq Bankının təqaüdçüsüyəm. 50 ilə yaxındır ki, şahmatla məşğulam. Çempionat çox yüksək səviyyədə təşkil edilmişdi. İlk dəfədir ki, şahmat üzrə Azərbaycan çempionu oldum. Ən böyük arzum bundan sonra veteranlar arasında dünya birinciliyində iştirakdır”.Həmzə İsmayılovla yanaşı,çempionatda növbəti 7 yerin qalibi olan təqaüdçülərə də bank tərəfindən diplom, hədiyyə və pul mükafatları təqdim edilib.   

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, bank təqaüdçülərin ictimai fəallığını dəstəkləyən bu cür korporativ sosial məsuliyyət layihələrini gələcəkdə də davam etdirmək niyyətindədir: “Təqaüdçülərimiz şahmat çempionatında böyük fəallıq göstərdilər. Çempionata regionlardan da iştirakçılar qatılmışdı. Çox maraqlı bir tədbir alındı. Açılış mərasimində iştirakçılarımıza bank əməliyyatlarının təhlükəsizliyi, plastik kartlardan istifadə qaydaları, ATM-lərdə əməliyyatlar, onlayn ödənişlər, SMS-xəbərdarlıq xidməti barədə maarifləndirici təqdimatlarımız oldu.Düşünürük ki, bununla təqaüdçülərimizin maliyyə savadlılığına da fayda verə bildik”.   

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment