1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AmCham Azərbaycan”ın nümayəndə heyətinin ABŞ-a işgüzar səfəri başa çatıb
22.05.2018

Baki, FinanceTime. Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) tarixində ilk dəfə təşkil edilmiş və Amerika Birləşmiş Ştatlarına həyata keçirilən dördgünlük “Door-Knock” missiyası çərçivəsində Azərbaycanda fəaliyyət göstərən və ABŞ investisiyasını təmsil edən 10 nəfərdən artıq şirkət rəhbərlərindən ibarət nümayəndə heyəti Vaşinqton səfərindən Bakıya qayıdıb. “AmCham”ın icraçı direktoru xanım Natəvan Məmmədova və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti, eyni zamanda,“AmCham”ın Direktorlar Şurasının üzvü Bəxtiyar Aslanbəylinin rəhbərlik etdiyi missiya olduqca uğurlugörüşlər keçirib.

Missiyanın tərkibinə “Chevron Xəzər”in Azərbaycan üzrə meneceri Bəxtiyar Axundov, “KPMGAzərbaycan”ınpartnyoru Müşfiq Əliyev, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev, “Cross Caspian Oil and Gas Logistics” şirkətinin Direktorlar Şurasının sədri Tahir Gözəl, “FedEx Express”in icraçı direktoru xanım Sevda Xanməmmədova və sözügedən şirkətin satış meneceri Səməd Xanməmmədli, “Nobel Oil”in Azərbaycanfilialının kommersiya direktoru Eldar Məmmədzadə və həmin filialın baş icraçı direktor əvəzi Vüqar Səmədlidaxil olublar.

“John Deere”, “Boeing”, “Procter & Gamble”, eləcə də “WCC International” şirkətlərini təmsil edən rəhbərlər də missiyaya qoşulublar.

“Door-Knock” missiyası Azərbaycana investisiyaları təşviq etmək məqsədilə təşkil edilib. Bu məqsədlə “AmCham” nümayəndələri dörd gün ərzində ABŞ Konqresinin üzvləri, Administrasiya rəsmiləri, analitik mərkəzlərin əməkdaşları, ABŞ biznes icmasının rəhbərləri və digər şəxslər ilə çoxsaylı görüşlər keçiriblər. Missiyanın ilk günü, xüsusən Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, konqresmen Larri Buşonunqanunvericilik məsələləri üzrə köməkçisi xanım Syuzi Devis, ABŞ Ticarət NümayəndəliyininAvropa və Yaxın Şərq məsələləri üzrə direktoru Ceyson Bantin və ABŞ Ticarət Palatasının vitse-prezidenti Qari Litman ilə keçirilmiş görüşlərlə yadda qalıb. Bütün görüşlər son dərəcə səmərəli keçib: “AmCham”a üzv olan şirkətlərin Azərbaycandakı işgüzar fəaliyyəti, ödənilən vergilər və yaradılan iş yerləri baxımından onların ABŞ üçün əhəmiyyəti, eləcə də, Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması və xarici investorlar üçün potensial imkanlar haqqında məlumatlarhəmkarların diqqətinə çatdırılıb.Həmçinin iki ölkə arasında ikitərəfli iqtisadi və ticarət əlaqələrinin möhkəmləndirilməsinin mümkün yolları müzakirə olunub.

“Door-Knock” missiyasının növbəti günü Dövlət Departamentinin Enerji Resursları Bürosunun Direktoru Uilyam Silkvort ilə keçirilmişgörüşdə nümayəndə heyəti fürsətdən istifadə edərək ona və Büronun işçi heyətinə Azərbaycan ərazisində və Azərbaycan tərəfindən həyata keçirilən enerji layihələri, yeni boru kəmərləri və həmin alternativ marşrutların üstünlükləri, habelə Azərbaycanın regionun enerji təhlükəsizliyi sahəsində oynadığı əhəmiyyətli rol haqqında qısa məlumat verib. Neft və qaz sektorunda çalışan şirkətlərin nümayəndələri ötən 20 ildən artıq müddət ərzində Hasilatın Pay Bölgüsü haqqında Sazişlər və Azərbaycanda həyata keçirdikləri fəaliyyətə dair təcrübəmübadiləsi aparıblar. Nümayəndələrin iştirak etdiyi digər mühüm görüş ABŞ Ticarət Departamentinin Rusiya, Ukrayna və Avrasiya regionu üzrə direktoru Metyu Edvards və onun heyəti ilə baş tutub. M. Edvards Azərbaycan iqtisadiyyatı, ölkədə həyata keçirilməkdə olan islahatlar və “AmCham”ın dövlət ilə özəl sektor arasındakı dialoqda oynadığı rol haqqında dərin təəssüratlarını bölüşüb.“AmCham”a üzv olan şirkətlərin nümayəndələri ABŞ Ticarət Departamentinin ölkələr arasındakı ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıblar.

Daha sonra nümayəndə heyəti Xarici Kənd Təsərrüfatı Xidmətinin Avropa, Afrika və Yaxın Şərq bölməsinin direktoru xanım Katrin Fulton ilə görüş keçirib. Onlar Xidmət tərəfindən həyata keçirilən işlər, texniki yardım və potensialın yaradılmasına dair layihələri, qida təhlükəsizliyi və meşəçilik xidmətləri haqqında ətraflı məlumat əldə ediblər. Bununla yanaşı, konqresmen Debbi Dinqelin Katibliyinin rəisi Piter Çendler ilə görüş keçirilib. “AmCham”a üzv olan şirkətlərin nümayəndələri ona ölkədəki son iqtisadi inkişaf göstəriciləri, işgüzar mühitin yaxşılaşdırılmasına yönələn islahatların istiqaməti və olduqca perspektivli yeni potensial iqtisadi imkanlar barədə hərtərəfli məlumat veriblər. Həmin gün Dövlət Departamentində Ticarət və biznes məsələləri üzrə xüsusi nümayəndə vəzifələrini yerinə yetirən Skot Tiknor ilə keçirilən görüş ilədavam etdirilib. Nümayəndə heyəti, o cümlədən, daha çox amerikalı investorların Azərbaycana cəlb edilməsi istiqamətində ABŞ hökumətinin rolu və digər məsələlər barədə fikir mübadiləsi aparıb.

Bununla yanaşı,nümayəndə heyəti üç konqresmenin –Skot Perrinin, Con Körtisin və Kuelların ofisini ziyarət etmişdir. Con Körtis və Kuellar bu yaxınlarda Azərbaycana səfər etdiklərinivə ölkə, onun iqtisadi gündəmi və prioritetlərininonlarda yüksək təəssürat doğurduğu bildiriblər. Nümayəndə heyəti “AmCham”ın fəaliyyətlərinin və dövlət ilə özəl sektor arasındakı dialoqda oynadığı rolun onlar tərəfindən yüksək qiymətləndirilməsindən öz məmnunluğunu ifadə edib. Bütün iştirakçı şirkətlərin nümayəndələri ölkədə əldə etdikləri uğurlar, gündəlik fəaliyyətlərinə təsir göstərən müsbət dəyişikliklər və ABŞ-ın rəhbər şəxslərindən gözləntilər barədə konqresmenlər ilə fikir mübadiləsi aparıblar.

Missiya nümayəndə heyətinin ABŞ Ticarət Palatasında keçirilən III Trans-Xəzər Forumunda iştirakı ilə yekunlaşıb. Forumda ABŞ-ın və Trans-Xəzər dəhlizi ölkələrinin ictimai xadimləri və biznes liderləri strateji tərəfdaşlığın inkişaf etdirilməsində imkanları və problemləri müzakirə etmək, habelə biznes, ticarət və investisiya imkanlarını araşdırmaq üçün bir araya gəliblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment