“AtaBank” yeni “AtaNet” Mobil əlavəsini geniş ictimaiyyətə təqdim etdi - Biznes portal Finance Time






   

 

1 USD 1.7000   1 EUR 1.9343   1 AED 0.4629   1 ARS 0.0572   1 AUD 1.2348   1 BRL 0.4354   1 BYN 0.8274   1 CAD 1.2926   1 CHF 1.7053   100 CLP 0.2553   1 CNY 0.2469   1 CZK 0.0752   1 DKK 0.2594   1 EGP 0.0950   1 GBP 2.1630   1 GEL 0.6589   1 HKD 0.2166   100 IDR 0.0116   1 ILS 0.4628   1 INR 0.0242   100 IRR 0.0040   100 JPY 1.5333   1 KGS 0.0245   100 KRW 0.1512   1 KWD 5.5997   1 KZT 0.0047   100 LBP 0.1123   1 MDL 0.1019   1 MXN 0.0894   1 MYR 0.4142   1 NOK 0.2006   1 NZD 1.1203   1 PLN 0.4493   1 RUB 0.0254   1 SAR 0.4533   1 SDR 2.3561   1 SEK 0.1849   1 SGD 1.2366   1 TJS 0.1805   1 TMT 0.4857   1 TRY 0.2909   1 TWD 0.0553   1 UAH 0.0612   100 UZS 0.0216   1 XAG 24.9162   1 XAU 2000.3730   1 XPD 1518.7545   1 XPT 1325.6940   1 ZAR 0.1159   
           
AMB kursu / Məzənnələr

 

 

Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Banklar


“AtaBank” yeni “AtaNet” Mobil əlavəsini geniş ictimaiyyətə təqdim etdi
17.05.2018

Baki, FinanceTime. Bu gün Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC yeni “AtaNet” mobil bankçılıq məhsulunun təqdimat mərasimini keçirdi. “AtaNet” korporativ biznes nümayəndələrinin, sahibkarların və fərdi müştərilərin ehtiyac və tələblərinə uyğun olaraq işlənib hazırlanmışdır. Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilmişdir.Məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub.Istifadəçi, birdəfəlik şifrə (OTP) və ya Asan imza ilə yanaşı, smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyərsə həm də barmaq izi ilə əlavəyə daxil olmaq imkanı əldə edə biləcək. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur.

Tədbirdə çıxış edən İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı qeyd etmişdir ki, Bank müştərilərinə daim innovativ məhsullar təqdim edib və edəcəkdir.“AtaBank”ın gələcək illərdə də müştərilərinə ehtiyaclarını tam şəkildə qarşılayan, onlara bankçılıq xidmətlərindən zamanından və məkanından asılı olmayaraq rahatlıqla istifadə edə biləcəkləri imkanı yaradan, təkcə bank deyil, bütün maliyyə məsələləri üzrə dost qurum olaraq qalacağını bildirərək cənab Babaşlı çıxışını yekunlaşdırmışdır.

“AtaNet” mobil əlavəsi ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir mobil bankçılıq əlavəsidir.

Əlavə olaraq qeyd edək ki, “AtaNet” mobil bankçılığı ilə yanaşı, “AtaNet” internet bankçılığı üzərində bir çox işlər aparılaraq, interfeysi daha da müasirləşdirilərək 2. versiyası artıq müştərilərə təqdim olunub.

Ən əsası isə Bankın müştəriləri üçün “AtaNet”-ə qoşulma və istifadə tamamilə pulsuzdur. 

“AtaNet” Mobil Bankçılıq sistemi vasitəsilə aşağıdakı əməliyyatların aparılması mümkündür:

-          Cari hesablar, əmanət hesabları, kart hesabları və kredit hesabları haqqında məlumatların əldə edilməsi;

-          Cari hesabların və əmanət hesablarının açılışı;

-          Müştərinin öz hesabları arasında köçürmələr;

-          Bankdaxili köçürmələr;

-          Kartların bloklaşdırılması və blokdan çıxarılması;

-          “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

-          Bank kartları, o cümlədən virtual kartların sifarişi;

-          Ölkədaxili - AZİPS, XÖHKS köçürmələri;

-          Ölkəxarici - SWIFT köçürmələri;

-          Hökümət ödənişləri – Büdcə, ƏDV və Vergi borclarının ödənişləri;

-          Həm AtaBank-a, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;

-          Kommunal ödənişlər;

-          Əmək haqqı ödənişləri;

-          Kredit ödənişləri;

-          İpoteka ödənişləri;

-          Konvertasiya əməliyyatları.

Həmçinin aşağıdakı məlumatlar əldə edilə bilər:

-          Bank haqqında məlumat;

-          Filiallar və bankomatlar haqqında məlumat;

-          Valyuta məzənnələri.

 Video üçün keçid - https://youtu.be/INS8U0WUxy8

Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, mobil tətbiqə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur.

Xidmətdən istifadə etmək üçün IOS və Android istifadəçiləri “AtaNet” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər:

           Yükləmə keçidləri:

           Google Play: https://play.google.com/store/apps/details?id=com.atabank.ebank

          AppStore: https://itunes.apple.com/us/app/atanet/id1340260815?mt=8

 










20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri

13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment