1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Cybernet” şirkəti ilə UZİNFOKOM arasında anlaşma memorandumu imzalandı
11.05.2018

Baki, FinanceTime.  Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” və Özbəkistanın dövlət informasiya sistemlərinin yaradılması və dəstəklənməsi üzrə vahid inteqratoru (UZİNFOKOM) arasında 2018-ci il may ayının əvvəlində tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum çərçivəsində “Cybernet” şirkəti ilə UZİNFOKOM İT-konsaltinq sahəsində, informasiya sistemlərinin təkmilləşdirilməsi, effektiv fəaliyyətinin təmin olunması məqsədilə müvafiq proqram təminatı məhsullarının hazırlanmasında yaxından əməkdaşlıq edəcəklər. ERP, CRM və BI-sistemlərinin tətbiqi nəzərə alınmaqla, biznesin avtomatlaşdırılması sahələrində işbirliyi də memorandumun məqsədlərinə daxildir.

Əlavə olaraq, 2018-ci il fevral ayında “Cybernet” şirkəti UZİNFOKOM təşkilatının dəvəti ilə Daşkənddə İKT sahəsində ən böyük və əhəmiyyətli tədbirlərindən olan UZİNFOKOM - 2018 beynəlxalq konfransında iştirak edib. Konfransda regional və qlobal təchizatçılar, sistem inteqratorları, beynəlxalq konsaltinq şirkətləri iştirak edib. Konfrans iştirakçıları Özbəkistanda İT sahəsində baş verən dəyişikliklər, yeni normativ-hüquqi aktların mahiyyəti, hökumət layihələrində İKT ilə işləmə sxemi ilə tanışlıq imkanı əldə ediblər.

UZİNFOKOM Özbəkistan Respublikası Prezidentinin 29 iyul 2002-ci il tarxili Fərmanına əsasən Kompüter və İnformasiya Texnologiyalarının İnkişafı və İcrası Mərkəzi kimi yaradılıb. 2017-ci ildə UZİNFOKOM dövlət informasiya sistemlərinin yaradılması və dəstəklənməsi üzrə vahid inteqratora çevrilib. UZİNFOKOM dövlət məlumat mərkəzlərinin hökumət sektorunda İT siyasətinin formalaşdırılması, Dövlət Məlumat Mərkəzinə, "Təhlükəsiz şəhər", "Ağıllı şəhər", elektron hökumət sistemləri və mənzil-kommunal xidmətləri üzrə vahid hesablaşma layihələrinə xidmət göstərilməsi üzrə əsas müvəkkil qurumdur.

2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmət göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment