1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Saxo Bank” 2017-ci ilin nəticələrini açıqlayıb
28.02.2018

Baki, FinanceTime.   “Saxo Bank Group” 2017-ci ilin yekunlarına dair maliyyə nəticələrini dərc edib, xalis mənfəət 2016-cı illə müqayisədə 33% artaraq 401 mln Danimarka kronu təşkil edib. Müştəriləri depozitlərinin təminatı artmaqda davam edibvə 103,6 mln kron təşkil edib, bununla belə bankın əməliyyat gəliri əvvəlki ilə nisbətən 3% artaraq 3 mlrd krona çatıb.

“SaxoBank Group” kapitalın həcmini də artırıb: 2017-ci ilin sonuna bankın şəxsi vəsaitlə təminat əmsalı 2016-ci ilin sonundakı 19,5%-dən 22,7%-ə çatıb. Beləliklə, “Saxo Bank Group” bufer kapitalını məqbul həcmdə saxlaya bilib.

2017-cı il üzrə bankın əsas göstəriciləri (2016-cı ilin göstəriciləri mötərizədə göstərilib):

 

·         Əməliyyat gəlirləri: 3 mlrd kron (2,9 mlrd kron)

·         EBITDA (mənfəət):931,6mln kron (845 mln kron)

·         Korrektə edilmiş EBITDA: 1 mlrd kron (954,5mln kron)

·         Xalis mənfəət: 401,1 mln kron (302,4 mln kron)

·         Müştəri depozitlərinin təminatı: 103,6mlrd kron (92,3 mlrd kron)

·         Şəxsi kapital: 4,6 mlrd kron (4,2 mlrd kron)

 

Nəticələri şərh edən “Saxo Bank”ın həmtəsisçisi və direktoru Kim Furne bildirib ki, 2017-ci ilin göstəriciləri bir daha onu sübüt edir ki, maliyyə və tənzimləyici texnologiyalar sahəsində ixtisaslaşan “Saxo Bank”ın genişlənən biznes-modeli effektivdir. Sözügedən texnologiyalar fərdi müştərilərə müxtəlif aktivlərlə və investisiyalarla ticarətə yol açır, həmçinin institusional müştərilərə “Banking‑as-a-Service” texnologiyası bazasında həllər təqdim edir.Bazar konyukturasının cüzi tərəddüdünə baxmayaraq “Saxo Bank” rekord sayda yeni fərdi və institusional müştəricəlb edib. Müştəri depozitlərinin təminatının yeni səviyyəyədək artırılması müxtəlif növ aktivlər üzrə “Saxo Bank” tərəfindən hazırlanan təklifin cəlbedici olmasını bir daha təsdiqləyir. Bu təklif sayəsində müştərilər bütün bazar dövrələrindəki ticarətlərdə iştirak edə bilirlər.

“Kifayət qədər şəxsi kapitala malik olaraq biz investisiya yatırımını və müştərilərə göstərdiyimiz xidmətləri və texnologiyaları təkmilləşdirməyə davam edəcəyik. Bunun sayəsində müştərilərə istiqamətlənən rəqəmsallaşdırma sahəsində aparıcı mövqedə qala biləcəyik. Nəticələr onu gəstərir ki, “Saxo Bank” doğru yoldadır. Gələcəkdə də bazarda ən yaxşı texnologiyaların fasiləsiz inkişafına prioritet diqqət göstərəcəyik ki, müştəri və tərəfdaşlarımızı məhsul, platforma, qiymət və xidmətlərlə bağlı ən yaxşı ticarət şəraiti ilə təmin edək”, - deyə Kim Furne əlavə edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment