1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Microsoft” startaplar üçün yeni proqram istifadəyə verib
19.02.2018

Baki, FinanceTime.  “Microsoft” Korporasiyası–startaplara müştəri bazasını genişləndirməyə, satışları qaydaya salmağa, onlarla birlikdə böyüyən etibarlı platforma üzərində inkişaf etməyə, biznes cəmiyyəti və sifarişçilərlə ünsiyyət qurmağa kömək edən gənc innovasiya şirkətləri üçün biznesə, texnologiyalara və imkanlara yol açan yeni “Microsoft for Startups” proqramını istifadəyə verib. Startaplara müştərək satış opsiyaları, həmçinin “Microsoft”un texnologiyalarından yararlanmaq və yerli ekosistemlərlə əməkdaşlıq qurmaq üçün yeni platformalar təklif etmək məqsədilə, şirkət növbəti iki il ərzində 500 mln ABŞ dolları investisiya yatırmağı öhdəsinə götürmüşdür. Şübhəsiz ki, startaplar innovasiyaların təkanverici qüvvəsidir və onların təsisçiləri və investorları ilə əməkdaşlıq edərək “Microsoft” onların inkişafını sürətləndiməyə köməklik göstərir.

Yeni proqram startaplara aşağıdakı məsələlərdə yardım etmək məqsədilə işlənib hazırlanmışdır:

Yeni müştərilər cəlb etmək, yeni sahələrdə və yeni bazarlarda satışları qaydaya salmaq. “Microsoft for Startups” - startaplar və onların  potensial müştərilərinin bir-birlərini tapa bilmələri üçün unikal yanaşmadan istifadə edir. “Microsoft” Korporasiyasının dünya üzrə 30 000-dən  artıq ticarət nümayəndəsi və 800 000 tərəfdaşı ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq müxtəlif şirkətlərdə “Microsoft”un bulud həllərini tətbiq edir. Proqram iri korporasiyaların standartlarına uyğun olan marketinq və satış şöbələrinin hazırlığı üçün resurslar təklif edir, daha sonra isə onlara “Microsoft”la əməkdaşlıq edərək satışları qaydaya salmaqda yardım göstərir.

Etibarlı texnologiyalardan, dəstəkdən və istehsalçıların alətlərindən yararlanaraq innovasiyaları sürətlə tətbiq etmək. Proqram startaplara 120 min dollar dəyərində “Azure” resurslarının pulsuz kreditlərini, korporativ səviyyədə texniki dəstək və “Fortune 500” siyahısında yer alan 90% şirkətlərin etibar etdiyi bulud üzərində qurulmuş innovasiya həllərinin yaradılmasına dair istehsalçılar üçün alətlər təklif edir. 

Lazımi vaxtda lazımlı resurslara yol tapmaq. “Microsoft for Startups” bütün dünya üzrə ekosistemlərin hər bir mərhələsində startaplara yardım edir:

·         “Microsoft Reactors”– sahibkarların, istehsalçıların, investorların və biznes-cəmiyyətinin bir yerə toplaşaraq,ünsiyyət qurmaq, öyrənmək və biliklərini parlaşmaq üçün fiziki meydançalardır.Yaxın aylarda London, Sidney, Tel-Əviv, Berlin, Şanxay və Pekində yeni “Microsoft Reactor” meydançaları açılacaqdır. Hazırda bu cür meydançalar Redmond, Sietl, San-Fransisko və Nyu-Yorkda fəaliyyət göstərir.

·         “Microsoft ScaleUp” proqramı (əvvəllər “Microsoft Accelerators” kimi tanınan) startaplara “A” raundunun maliyyələşdirilmə mərhələsində və növbəti inkişaf mərhələlərində bazarın tələbatına cavab verən məhsullar yaratmağa, həmçinin “Azure” və “Microsoft Dynamics”in xidmətlərindən istifadə edərək öz infrastrukturlarını təkmilləşdirməyə və bizneslərini inkişaf etdirməyə imkan yaradır.

·         Strateji vençur investisiyaları üzrə ixtisaslaşmış,missiyası -“A” və “D” raundları arasında sərmayə yatırmaqla startapın ilkin inkişaf mərhələsində fəal tərəfdaş olmaqdan ibarət olan “Microsoft” komandası “Microsoft Ventures” ilə əlaqələrin yaradılması. .

Startaplar –imkanlar üfüqünü genişləndirərək, həm biznesdə, həm də evdə gündəlik həyatımızı daha da yaxşılaşdıran və rahatlıq gətirən   həllər yaradaraq bizi ilhamlandırır. “Microsoft” şirkəti – planetimizin hər bir insanı və hər bir təşkilatının daha yüksək nailiyyətlər əldə etməsi naminəstartaplarla əməkdaşlıq etməkdən məmnundur.

Ətraflı: https://startups.microsoft.com.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment