1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən daha bir yenilik
16.02.2018

Ölkəmizdə ilk dəfə Virtual ATS xidməti istifadəyə verdi

Baki, FinanceTime.  Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC 4,5 milyonluq abunəçi ailəsi üçün daha bir unikal və yeni xidməti istifadəyə verib. Fevralın 15-də Bulvar Otelde baş tutan xidmətin təqdimat mərasimində şirkət rəhbərliyi və Azercellin 250 korporativ müştərisi iştirak edib. Mərasimdə məhsulun Demo versiyasi nümayiş etdirilib və xidmətlə bağlı bütün suallar cavablandırılıb. Bildirilib ki,  ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.

Virtual ATS xidməti mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır. Bir sözlə, Virtual ATS biznesinizi genişləndirən zaman və ya yeni bir ofisə keçdiyinizdə əvəzsizdir. Həmçinin bu xidmət adi telefon stansiyasının qoşulması çətin olduğunda və ya əlavə xərc tələb etdiyində zəruri olacaq.Virtual ATS xidmətin üstünlüklərinə gəldikdə isə

* Mini ATS və əlavə avadanlıq almaq tələb olunmur

* Şirkət nömrəsi bütün ofis və filialları üçün eyni olacaq

Azercell mobil ehtiyaclarınıza uyğun olaraq, sizə “Standart” və “Premium” Mobil ATS paketlərini də təqdim edir.

Standart paket

Qoşulan nömrələrin sayı

Şirkətdaxili nömrələrə göndərilən SMS sayı

Qiymət, AZN

1 – 10

500 SMS

100 AZN

11 – 30

1000 SMS

250 AZN

31 – 100

3000 SMS

600 AZN

101 və daha çox

10 000 SMS

750 AZN

 

Premium paket

Qoşulan nömrələrin sayı

Şirkətdaxili nömrələrə göndərilən SMS sayı

Qiymət, AZN

1 – 10

1500 SMS

250 AZN

11 – 30

3000 SMS

550 AZN

31 – 100

9000 SMS

1500 AZN

101 və daha çox

30 000 SMS

1800 AZN

 

Xidmət haqqında ətraflı məlumat almaq və xidmətə qoşulmaq üçün destek@azercell.com ünvanına istək göndərə və Korporativ Müştəri Xidmətləri Mərkəzinin 24/7 rejimində işləyən *6050 nömrəsinə zəng edə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment