1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət” Monteneqro mətbuatında
16.01.2018

Baki, FinanceTime.  Monteneqronun nüfuzlu CdM informasiya portalında “Dövlət idarəçiliyi çox geniş sahədir, optimallaşdırması zəruridir” adlı məqalədə Azərbaycan brendi “ASAN xidmət”dən bəhs olunub.

Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviç CdM informasiya portalına verdiyi müsahibəsində qeyd edib ki, Nazirlik elektron hökumət portalının təkmilləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək, eləcə də Monteneqroda ən yaxşı dünya təcrübələrinə uyğun olan vahid məkan prinsipinin tətbiq olunması bu fəaliyyətə daxildir.

Suzana Pribiloviç “ASAN xidmət” təcrübəsinə də toxunub:

“Mən şadam ki, dövlət xidmətlərinin çatdırılması sahəsində biz Azərbaycan modelindən istifadə edəcəyik. Orada olarkən BMT tərəfindən tanınan və mükafata layiq görülmüş model ilə şəxsən tanış olmaq şansım da oldu. Bu sistemin xususiyyəti vətəndaşın hər şeydən üstün olduğunu vurğulamasıdır ki, bu da bizim nail olmaq istədiyimiz bir məqamdır”.

Xatırladaq ki, 4 – 5 iyul 2017-ci il tarixində Monteneqronun Dövlət İdarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub.

Səfərin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi “ASAN xidmət” modelinin Monteneqroda tətbiq edilməsi imkanları, qarşılıqlı əməkdaşlığın müzakirə edilməsi olub.

Səfər çərçivəsində Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmətin fəaliyyəti ilə yaxından tanış olub.

4 dekabr 2017-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında Monteneqroda dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi məqsədini daşıyan Anlaşma Memorandumu imzalanıb. Xəbərə keçid: https://www.cdm.me/politika/pribilovic-za-cdm-javna-uprava-je-prekobrojna-potrebna-optimizacija/

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment