27 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50100466S dövlət qeydiyyat nömrəli,350 mln manat həcmində,28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 98.8472 AZN (14.99%) və 99.0750 AZN (12.00%) olan 16 sifariş təqdim edilmişdir.Sifarişlərin nominal qiymətlə ümumi məbləği 348 338 800,00AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8472 AZN (14.99%), orta ölçülmüş qiyməti 98.9009 AZN (14.29%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 350000000 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 24.01.2018