1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankından yeni mobil bank əlavəsi
17.11.2017

Baki, FinanceTime. Müasir dövlət bankı olaraq bir çox innovativ texnologiyaları ilk dəfə ölkəmizə gətirən Azərbaycan Beynəlxalq Bankı dünyanın aparıcı şirkətlərindən olan Backbase şirkətinin platforması üzərində yeni rəqəmsal xidmətini - “IBAm” mobil əlavəsini müştərilərin istifadəsinə verib. Bu xidmət zaman və məkandan asılı olmayaraq bank hesablarının və kartların idarə olunmasında, müxtəlif ödənişlərin həyata keçirilməsində yeni imkanlar yaradır. “IBAm” istifadəçiləri aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:

  • Hesablar barədə məlumatın əldə edilməsi;

  • Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;

  • Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;

  • Kartların bloklaşdırılması və blokdan çıxarılması;

  • “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

  • Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;

  • Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;

  • Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;

  • Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;

  • Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

Bu xidmətlərin sayının davamlı şəkildə artırılması,mobil tətbiqə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə  təhlükəsizlik tam təmin olunur.

Bankın müştəriləri üçün “IBAm”-aqoşulma və istifadə tamamilə pulsuzdur. Bu xidmətə qoşulmuş müştərilər, 3 ay ərzində bankdakı mövcud cari hesablara və kartlara, həmçinin respublikadaxili bir çox bankların kartlarına köçürmələri də heç bir komissiya ödəmədən həyata keçirə biləcəklər.

IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər:

Yükləmə linkləri:

Google Play-https://www.play.google.com/store/apps/details?id=iba.mobilbank

AppStore:https://www.itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment