1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Gənc mühəndislərin iştirakı ilə “Karyera günü” tədbiri keçirilib
16.11.2017

Baki, FinanceTime.   “Sumqayıt Texnologiyalar Parkı” MMC və “Azərbaycan Mühəndislər Birliyi”nin birgə təşkilatçılığı ilə tələbə və məzunlar üçün “Karyera Günü” təşkil edilmişdir. Tədbir iştirakçılarına şirkət haqqında geniş məlumatla yanaşı, şirkətin gələcək planları və layihələri barədə məlumat verilib, qısa zaman ərzində xarici bazara çıxmaq planlarının olduğu xüsusilə qeyd edilib.

Tələbə və məzunların işə qəbulu üzrə proqram koordinatoru, tədbirdə iştirak edən 100-dən çox iştirakçıya onlayn müraciət qaydalarını, seçim prosesinin necə həyata keçirildiyini açıqlayıb. Şirkətin İnsan resursları departamentinin digər əməkdaşları tərəfindən işə qəbul prosesi, əmək haqqı gözləntiləri, sosial statusu, yaşı, maraqlandıqları sahə, mövcud təcrübə proqramı, vakansiyalar, karyera yüksəlişi və s. haqqında namizədlərə məlumat verilib.

Həmçinin şirkətdə mütəxəssis vəzifəsindən əmək fəaliyyətinə başlamış, hal-hazırda struktur bölmə rəhbəri vəzifəsinə kimi irəliləyən işçilər, STP-də işləməyin fayda və imkanları, karyera inkişafı haqqında məlumat vermiş, fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda sual-cavab sessiyasında iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmış, vakant yerlərə CV-lər qəbul edilmişdir. Öz fəallığı ilə seçilən tədbir iştirakçılarına şirkət adından korporativ hədiyyələr təqdim olunmuşdur. Tədbir, tələbə və məzunların böyük marağına səbəb olmuşdur.

“STP” MMC, Azərbaycanın ən böyük işə götürənlərindən biridir. Şirkət peşəkarların işə cəlb olunması, eyni zamanda tələbə və gənclərin karyeraya başlaması üçün müxtəlif layihələr həyata keçirməkdədir.

“STP” MMC, ən son texnoloji nailiyyətlərin innovativ həllərlə qovuşduğu və geniş təcrübə ilə dəstəkləndiyi zavodlar kompleksidir. “STP” MMC Azərbaycan iqtisadiyyatının davamlı inkişafına öz töhfəsini verən iri miqyaslı istehsalat müəssisələrindən biridir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment