1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ADA Universiteti abituriyentlərə bir günlük tələbə olmaq imkanı verir
16.11.2017

Baki, FinanceTime.   “ADA” Universiteti 2018-2019-cu tədris ili üçün yeddi bakalavr (biznesin idarə edilməsi, iqtisadiyyat, beynəlxalq müansibətlər, kompüter mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri, dövlət və ictimai münasibətlər) və dörd magistr (diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, təhsil üzrə menecment və biznesin idarə edilməsi) ixtisası üzrə sənəd qəbuluna başlayıb.

Magistr pilləsində Azərbaycan vətəndaşları üçün sənəd qəbulu dekabrın 1-dən  aprelin 5-ə, xarici vətəndaşlar üçün avqustun 1-dək davam edəcək.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 46 müxtəlif ölkədən olması “ADA”da zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı təhsil təcrübəsindən yararlanmaq imkanı verir.  Təhsil müddətində tələbələr “ADA”-nın akademik tərəfdaşları olan dünyanın 50 universitetlərinin birində təhsil mübadiləsi keçə bilərlər. Ali təhsil ocağında fəaliyyət göstərən Karyera Mərkəzi tələbləri ilk kursdan başlayaraq məşğulluq bazarı ilə tanış edir, ixtisasları üzrə müxtəlif dövlət və fərdi qurumlarda təcrübə qazanmağa yönləndirir. Bunun nəticəsi olaraq Universitet məzunları arasında məşğulluq göstəricisi 89%-dir.

“ADA”-da təhsillə maraqlananların Universitetlə bilavasitə tanış olması üçün  “ADA”-nın Tələbə Qəbulu üzrə şöbəsi silsilə tədbirlər keçirir. Ənənəvi Açıq Qapı günləri, məlumat sessiyaları ilə yanaşı Universitet 4-cü kurs tələbələri və  10-11-ci sinif şagirdlərinə bir günlük tələbə olmaq şansı verir. “ADA-da Bir Gün”  kampaniyası çərçivəsində onlar universitetin bakalavr və ya magistr tələbəsini müşaiət edib onun bir gününü “yaşaya” bilir.  Bundan əlavə, Bakının digər ali təhsil ocaqları ilə qurulan əməkdaşlıq çərçivəsində ADA-nın müəllim heyətinin mühazirələri təşkil olunur.

Tələbə Qəbulu üzrə şöbənin direktoru Günay Ziyadovanın sözlərinə görə, ADA-da ali təhsil almaq tədris proqramı və təlim üsulları dünyanın digər aparıcı universitetlərindən geri qalmayan bir mühitdə oxumaq deməkdir: “Xüsusilə də, magistr proqramları tələbələrin  əvvəlki akademik təhsil sahəsini nəzərə almadığına görə, bu, tamamilə yeni bir sahəni öyrənməklə karyera imkanlarının genişləndirilməsinə gətirib çıxarır. Magistr proqramları axşam saatlarında tədris edildiyi üçün, tələbələrimiz işdən ayrılmayaraq oxuya bilirlər.”

“ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistr pilləsi üzrə birinci mərhələ imtahanını və ingilis dili üzrə İELTS və ya TOEFL imtahanlarını verməlidirlər. Bakalavr proqrmalarına qəbul isə iki yolla- Dövlət İmtahan Mərkəzinin müvafiq qrup üzrə imtahanları və ya SAT imtahanı nəticəsinə əsasən aparılır.  İlkin mərhələdən keçən abituriyentlər “ADA” Universitetində müsahibədə iştirak etməyə dəvət olunurlar. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələrə “ADA” Universiteti tərəfindən təhsil haqqına güzəştlər təklif edilir. Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldurmaqla, əlavə suallarla isə 
admissions@ada.edu.az ünvanına müraciət edə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment