1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın müştəriləri əlverişli qrafiklə kredit ödənişi edə biləcək
16.11.2017

Baki, FinanceTime.  Biznes kredit götürmüsünüz, amma ödəniş qrafiki sizi qane etmir? Gəliriniz mövsümə görə dəyişir, amma kredit üzrə hər ay bərabər həcmdə ödəniş edirsiniz? O zaman AccessBank-ın təklif etdiyi yeni imkandan yararlanın!

Hər zaman iş adamlarını və sahibkarları dəstəkləyən AccessBank, bankdan biznes krediti götürən müştərilərinin ehtiyaclarını nəzərə alaraq yeni bir imkan yaratdı. Bundan sonra, iş adamları biznes krediti götürərkən ödəniş planını - gəlir əldə etmə dövrünə uyğunlaşdıraraq hazırlaya biləcək.

Əgər siz hər hansı bir mövsümi bizneslə məşğulsunuzsa, o zaman ödəniş qrafiki elə tərtib olunacaq ki, siz gəlir götürdüyünüz dövrdə çox, gəlir götürmədiyiniz dövrdə az məbləğdə ödəniş etmə imkanı əldə edə biləcəksiniz.

Məsələn, əgər siz təsərrüfatla məşğulsunuzsa, məhsul götürüb satış həyata keçirdiyiniz dövrdə çox, əkin işləri ilə məşğul olduğunuz dövrdə daha az ödəniş etmək imkanınız olacaq. Beləliklə siz, daha əlverişli qrafik ilə kreditləriniz üzrə ödəniş etmək imkanı qazanacaqsınız.

Biznes kreditlərini AccessBank-dan götürün, ödənişlərinizi rahat şəkildə sizinlə razılaşdırılmış qrafiklə ödəyin!

Ətraflı məlumatı Bankın rəsmi internet saytındanfacebook  twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment