1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Tələbələrə turizm sahəsində PR-ın təşkili ilə bağlı seminar keçirildi
15.11.2017

Baki, FinanceTime. 14 noyabr 2017-ci il tarixində  “AtaTravel” MMC turizm sahəsinə aid ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri üçün turizm və PR mövzusunda seminar keçirib. Seminarda mövzu üzrə çıxış edənlər  “Alibayov Consulting” şirkətinin rəhbəri Vəli Əlibəyov  və “AtaHolding” ASC-nin Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova  olmaqla, iştirakçılar turizm sahəsində PR fəaliyyətinin təşkili mövzusunda bilgiləndiriliblər.  

Vəli Əlibəyov təlim iştirakçılarına turizm sahəsində ictimai rəyin düzgün formalaşdırılması metodları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yollarından, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnmək üsullarından danışıb.Həmçinin,  turizm sahəsində PR-ın aparılması ilə bağlı bir sıra istiqamətlər -  brendin, turizm xidmətlərinin önə çəkilməsi, reputasiya və imicin formalaşdırılması, daxili PR və sairlə bağlı fikirlərini bildirib.

Dilarə Zamanova isə ictimaiyyətlə əlaqələr sahəsində turizm müəssisələrinin hədəf auditoriyası olan müştərilər, tərəfdaşlar, tədarükçülər, rəqiblər, hakimiyyət qurumları, media və sair qruplarla iş prinsipləri barədə geniş söhbət açıb. Natiq son illərdə baş vermiş və hələ də təsirləri davam edən dünya iqtisadi böhranı şəraitində turizm şirkətləri və müəssisələrinin imicinin qorunması və tanıdılmasında PR-ın peşəkarlıqla aparılmasının xüsusilə aktuallıq kəsb etdiyini bildirərək antiböhran PR-ı və onun peşəkarca qurulması xüsusiyyətləri barədə tələbələrə ətraflı məlumat verib. Seminar iştirakçıları olan tələbələr D.Zamanova tərəfindən PR vasitələri kimi media ilə iş – müsahibələr, məqalələr, info-tur və mətbuat konfransları, həmçinin, yeni turistik istiqamətlər, turizm məhsulları, sərgilər, yarmarkalar, festivallar, təlimlər, fləşmoblar və sair barədə təfərrüatlı şəkildə bilgiləndirilib.

Daha sonra iştirakçı tələbələr mövzu ilə bağlı fikirlərini bölüşüblər, onların sualları cavablandırılıb. Təlimin yekununda təşkilatçılar tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, tədbir turizm ixtisasları üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını, yeni dövrün tələblərinə cavab verən kommunikasiya vərdişlərini artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına töhfə vermək məqsədilə keçirilib.

Məlumat üçün bildirək ki, “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  “AtaTravel” MMC  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment