1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Rockwell” şirkəti "Azərbaycan Hava Yolları"nın yeni “Boeing 737 MAX” təyyarələri üçün avadanlıq tədarük edəcək
13.11.2017

Baki, FinanceTime.  “Rockwell Collins International” şirkəti “Azərbaycan Hava Yolları”nın (AZAL) yeni “Boeing 737 MAX”təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükçüsü seçilmişdir. 

Müvafiq saziş “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev və “Rockwell Collins International” şirkətinin Baş vitse prezidenti Kolin Mahoni tərəfindənən böyük aerokosmik beynəlxalq sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanmışdır.

Yeni avadanlıq sərnişinlərə bütün uçuş ərzində simsiz internetə giriş təqdim edəcək, həmçinin təyyarə göyərtəsində multimedia əyləncəsini yeni səviyyəyə qaldıracaq. 

Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 “Boeing 737 MAX” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıblar. Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatoru olacaq. İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonunda, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir. Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

“737 MAX” təyyarələrinin modernləşdirilmiş seriyası CFM International istehsalı yeni LEAP-1B mühərrikləri ilə təchiz olunmuşdur ki, bu da ən yanacaq-səmərəli müasir təyyarələr ilə müqayisədə yanacaq sərfini 13 faiz azaltmağa imkan verir. Konstruksiyanın son təkmilləşdirməsi, o cümlədən yeni "Advanced Technology" vinqletin quraşdırılması müqaviməti azaldır ki, bu da “737 MAX” təyyarəsinin xüsusilə uzaq məsafələrə uçuşları zamanı istismar xarakteristikalarının daha da yaxşılaşmasına kömək edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment