1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"ASAN xidmət"in nümayəndə heyəti Mərakeşdə səfərdədir
10.11.2017

Baki, FinanceTime. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığının paytaxtı Rabat şəhərində səfərdədir.

Səfərin məqsədi iki ölkə arasında dövlət xidmətlərinin təşkili və sosial innovasiyalar üzrə fəaliyyət göstərən dövlət qurumları ilə tərəfdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsidir.

Səfərin ilk günü 9 noyabr tarixində Dövlət Agentliyinin sədri İnam Kərimov Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader ilə görüşüb.

Görüşdə Dövlət Agentliyinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan brendi “ASAN xidmət”in şəffaflığın artırılması və müasir texnologiyların tətbiqi baxımından səmərəli model kimi tanınması diqqətə çatdırılıb.

Görüşdə “ASAN xidmət” təcrübəsinin öyrənilməsi üzrə əməkdaşlıqla bağlı ilkin razılıq ifadə edilib.

Daha sonra nümayəndə heyəti sənətkarlıq və sosial iqtisadi məsələlər üzrə dövlət naziri Cəmilə Əl Musalli ilə görüşüb.

Dövlət naziri ilə keçirilən görüş zamanı ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə yaradılan “ABAD” (“Ailə Biznesinə Asan Dəstək”) mərkəzlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Görüşdə qurumlar arasında qeyd edilən sahə üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından razılıq əldə olunub.

Hər iki sahə üzrə müvafiq dövlət qurumları arasında Anlaşma Memorandumunun imzalanması təklif olunub.

Görüşlərdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Tarik Əliyev və “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun (Azinnex) üzvləri də iştirak ediblər.

Səfər çərçivəsində noyabrın 10-u Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) rəhbərliyi arasında görüş keçirilməsi və tərəflər arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment