Baki, FinanceTime. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (1047 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1438 məlumat), sığorta şirkətləri arasında Atəşgah (210 məlumat), ali məktəblər arasında BDU (1853 məlumat), otel və biznes mərkəzləri arasında Excelsior Otel Baku ( 141 məlumat) irəlidədir.
Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:
https://www.facebook.com/MediaConsultingServices/