1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank “İnvestorlar yarmarkası”-nın baş sponsoru qismində çıxış edib
12.10.2017

Baki, FinanceTime.  Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank – 5-ci  “İnvestorlar yarmarkası 2017”-nin baş sponsoru qismində çıxış edib. Oktyabrın 6-da Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən keçirilən tədbirin əsas məqsədi ölkənin regionlarında kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün xarici investorların cəlb edilməsi olmuşdur.

Bu il “Mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar” adlı konfransda iştirak etmək üçün həm özəl, həm də dövlət sektorundan 100-dən artıq nümayəndə dəvət olunmuşdur. Tədbirə dəvət olunanlar sırasında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq maliyyə korporasiyasının, özəl bankların, bank olmayan kredit təşkilatların, investisiya şirkətlərinin və digər yerli və beynəlxalq təşkilat və strukturların nümayəndələri daxil idi.

“Mikromaliyyələşdirmə sektorunun gələcəyi” və “Maliyyə texnologiyaları erası” adlı işçi sessiyaları çərçivəsində konfrans iştirakçıları, həmçinin dəvət olunmuş mütəxəssislər hal-hazırda bazarın oyunçularının üzləşdiyi aktual problemləri və çağırışları, habelə dövlətin tənzimləyici orqanlarının sektorun inkişafındakı rolunu müzakirə etmişlər. Ekspertlər fəallığın stimullaşdırılması üçün zəruri olan bir sıra tədbirlərin, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı kontekstində bazar oyunçularının fəaliyyətində innovativ təcrübələrin tətbiqinin müzakirəsinə xüsusi diqqət yetirmişlər.

Tədbir çərçivəsində həmçinin AMFA-nın təsis etdiyi xüsusi mükafatların sahiblərinin adları çəkilmiş və laureatların təntənəli təltif etmə mərasimi keçirilmişdir. “İlin peşəkarı” nominasiyasında mükafatın sahibi AMFA-nın İdarə Heyətinin üzvü,  PAŞA Bankın Baş kommersiya inzibatçısı Melih Mengüseçilmişdir.

Qeyd edək ki, işgüzar “İnvestorlar yarmarkası” konfransı Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən 2009-cu ildən keçirilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment