1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AGBank-dan tələbələrə dəstək
11.10.2017

Bankın əməkdaşları tələbələrə təlim keçdi

Baki, FinanceTime. Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) 2015-ci ildən başlayaraq tərəfdaş qurumların da dəstəyi ilə birgə "Maliyyə Savadlılığı" layihəsi çərçivəsində "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı silsilə təlimlər həyata keçirir. Təlimin keçirilməsində məqsəd maliyyə savadlılığının gənclər arasında ictimai dəyər kimi tanınmasını təmin etmək, tələbələri bank-maliyyə sektorunun işi ilə yaxından tanış etmək, onlara karyera quruculuğu işində köməklik göstərmək və bank-maliyyə qurumlarının təcrübə proqramlarına dəstək olmaqdır. Təlim AR Mərkəzi Bankının təşəbbüsü və bank-maliyyə qurumlarının birgə iştirakı ilə ali təhsil müəssisələrinin III və IV kursunda təhsil alan tələbələr üçün həyata keçirilir.

Layihə çərçivəsində oktyabr ayının 10-da təlim AGBank-da keçirilib.Təlim dəfələrlə xarici ölkələrdən dəvət olunmuş  müтəxəssislərin verdiyi təlimlərin iştirakçısı Birbaşa satışlar şöbəsinin  müdiri Məmmədhüseyn Dadaşov tərəfindən aparılıb. Təlimin  mövzusu Türkiyənin ən böyük şirkətlərinə konsultasiya dəstəyi verən “Ekser Consulting” şirkətinin təlim bazası əsasında hazırlanmış Korporativ Satış və Ünsiyyət bacarıqları olub. Əsasən ilkin ünsiyyətin düzgün qurulması, satış prosesinin mərhələləri ətraflı şəkildə görsəl vasitələr  ilə təlim iştirakçılarına çatdırlıb. Qarşılıqlı fikir alış-verişlərinin aparılması təlimin daha maraqlı keçməsini təmin edib.

 “AGBank” hər zaman gənclərin intelektual inkişafına töhfələrini verir və peşəkar təlimçi bazasının uzun illərə dayanan təcrübəsini gənclərin peşəkar kimi formalaşmasi üçün yararlanmasına şərait yaradır.

AGBank! Zəngin olmaq- haqqınızdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment