1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Xalq Əmanəti” V Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdi
06.10.2017

Baki, FinanceTime.  Sentyabrın 28-30-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə V Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçirilmişdir. Bakı İdman Sarayında təşkil olunan ənənəvi sərgi-yarmarkada 40 ölkəni təmsil edən 100-dən artıq kitabxana, nəşriyyat və poliqrafiya müəssisələrinin nümayəndələri iştirak edirdi. Sərgi çərçivəsində çoxsaylı kitab təqdimatları, dəyirmi masalar, imza günləri, müzakirələr keçirilmişdir.

Xalq Bank “Xalq Əmanəti” layihəsi ilə bu sərgiyə artıq üçüncü dəfə qatılır. Layihə çərçivəsində nəşr olunan kitablardan ibarət ekspozisiya qonaqların böyük marağına səbəb olmuşdur. Xalq Bankın kitab güşəsini ziyarət edən yüzlərlə qonaq “Xalq Əmanəti” layihəsinin nəşrləri ilə tanış olmuş, bankın mədəni irsimizin qorunması işinə verdiyi töhfəni yüksək qiymətləndirmiş və kitablar haqda müsbət fikirlərini bildirmişlər.

Bu ilki sərgidə Xalq Əmanəti layihəsi çərçivəsində 2010-cu ildən başlayaraq işiq üzü görən 15 nəşr təqdim olunmuşdur. Bunlar Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, eləcə də Vəcihə Səmədova, Mahmud Tağıyev, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov və aprel döyüşlərində şəhid olan gənc heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət bədii albomlar; Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabıdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment