1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dünya Bankının təhsil missiyası UNEC-də
22.09.2017

Azərbaycanda səfərdə olan Dünya Bankının təhsil missiyası UNEC-də olub.

Baki, FinanceTime.   UNEC rektoru, professor Ədalət Muradovla görüşdə Dünya Bankının proqram rəhbəri Lire Ersado və baş iqtisadçıları İqor Xeyfets ilə Katia Herrera Sosa bildiriblər ki, səfərin məqsədi Azərbaycanın hökumət tərəfdaşları ilə ali təhsil sektorunun ölkənin iqtisadi inkişafına töhfəsinin gücləndirilməsi imkanlarını müzakirə etmək, sektorun innovasiya və özəl sektorun inkişafı üçün hazırlığını qiymətləndirməyə təşəbbüs göstərməkdir. Onlar bu istiqamətdə görüləcək işlər üçün UNEC-in pilot universitet seçildiyini bildiriblər. Ölkə iqtisadiyyatında ali təhsil müəssisələrinin əhəmiyyətindən bəhs edərək, UNEC-lə əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıblar.

Belə önəmli bir missiyanın yerinə yetirilməsində UNEC-in pilot universitet kimi seçilməsindən məmnunluğunu ifadə edən Ə.Muradov əməkdaşlığa hazır olduğunu bildirib. O, qonaqlara UNEC-in tarixi, beynəlxalq əlaqələri və tədris prosesi haqqında ətraflı məlumat verib.

Universitetin biznes qurumları ilə əlaqələrindən bəhs edilən görüşdə Azərbaycanda ilk dəfə olaraq UNEC-də yaradılan İnnovativ Biznes İnkubatorun (İBİ) fəaliyyətinə diqqət çəkilib. Burada 11 tələbə startapı olduğu qeyd edilib. Üç startap layihəsinin “Enactus” beynəlxalq proqramının “World Cup” yarışına vəsiqə qazanması qonaqların xüsusi diqqətini cəlb edib.

Görüşdə Azərbaycanda ilk dəfə UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun SOCAR-ın sifarişi əsasında həyata keçirdiyi “Azərlayt” neftinin dünya bazar qiymətinin proqrozlaşdırılması modelinin hazırlanması təqdirəlayiq hesab edilib.

UNEC-dən ixraca dəstək və biznes qurumları ilə əlaqələri genişləndirmək məqsədilə görülən işlərdən bəhs edən rektor Xarici Ticarətə Dəstək və Digital Marketinq mərkəzlərinin yaradıldığını bildirib. O, Xarici Ticarətə Dəstək Mərkəzinin ixrac sahəsində sahibkarların və ixracatçıların dəstəklənməsi, onlara məsləhət xidmətlərinin göstərilməsi işlərinin təşkilini həyata keçirəcəyini qeyd edib. Digital Marketinq Mərkəzinin isə qeyri-neft ixracını həyata keçirən şirkətlər üçün vaxt və maliyyə xərclərinə qənaət etməklə digital marketinq vasitəsilə xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını aparacağını vurğulayıb.

Görüşdə UNEC-lə biznes sektorunun münasibətlərinin genişləndirilməsi və daimi xarakter alması, iş dünyasının marağına səbəb olacaq layihələrin işlənib hazırlanması istiqamətində müzakirələr aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment