|
|
|
Banklar | | | Daha bir filial 24/7 iş rejimində! |
21.09.2017 | |
| |
Baki, FinanceTime. Expressbank müştərilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq daha bir filialını 24/7 iş rejiminə keçirir. Belə ki, artıq M. Hadi küç. 31 S ünvanında (Əhmədli metrosunun əsas çıxışı) yerləşən Expressbank-ın Əhmədli filialı da həftənin 7 günü 24 saat müştərilərə xidmət göstərəcək. Burada müştərilər sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.
Xatırladaq ki, Expressbank-ın daha bir filialı - şəhərimizin mərkəzində, Bülbül prospekti 29 ünvanında yerləşən Nəsimi filialı da həftənin 7 günü 24 saat Bakı sakinləri və qonağlarının xidmətindədir. Bank-ın MXD, Elmlər, Yasamal, Neftçilər filiallarında isə mövcud 24/7 zonalarında müştərilər ATM və Expresspay ödəniş terminalları vasitəsi ilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.
|
|
|
|