Baki, FinanceTime. Tez-tez alış-veriş etməyi xoşlayırsınız? Sevdiklərinizə hədiyyə aldlqda özünüz də qazanmaq istəyirsiniz? Xarici səfərdə xərclərinizə necə qənaət edəcəyiniz haqda düşünürsünüz? Etdiyiniz hər bir ödəniş haqda pulsuz sms alaraq xəbərdar olmaq istəyirsiniz?
AccessBank-ın təklif etdiyi – “myCard” ilə bütün suallarınız həll olunacaq. Yarandığı gündən etibarən müştəriləri arasında rəğbət qazanan “myCard” xüsusilə, tez-tez alış-veriş etməyi xoşlayan müştərilərinə 1 deyil, 2 deyil, daha çox üstünlüklər təqdim edir. “myCard”ın üstünlükləri:
· Deposit funksiyası
· Bankın ATM şəbəkəsində % ilə nağdlaşdırma imkanı
· myCard-la edilən ödənişlərə AccessQazanc proqramı çərçivəsində cash-back xidməti tətbiq olunur. Bu xidmət sayəsində AccessBank-ın kartı ilə edilən ödənişlərin bir hissəsi müştərinin kartına geri qayıdır;
· Onlayn bankinq xidmətindən pulsuz istifadə öz hesablarınıza 24/7 rejimində nəzarət və idarə etmə imkanı yaradır;
· SMS-Bankinq xidmətindən 1 illik pulsuz istifadə və aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə məlumatın alınması ;
· 3D Secure xidmətinə qoşulma bank kartı ilə edilən onlayn-ödənişlərin təhlükəsizliyini yüksək səviyyədə təmin edir.
myCard ödəniş kartını Visa Classic, Visa Gold və Visa Platinum növlərində əldə etmək mümkündür. myCard-ı əldə edin ki, onun üstünlüklərindən Siz də faydalana biləsiniz.
Daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən, facebook və twitter səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.