1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


UNEC rektoru prezident təqaüdçüləri ilə görüşüb: “Yaşıdlarınıza örnəksiniz”
20.09.2017

Baki, FinanceTime. UNEC rektoru, professor Ədalət Muradov 2017/18-ci tədris ilində UNEC-ə qəbul olan 17 prezident təqaüdçüsü ilə görüşüb.

Qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edən rektor, onlara təhsillərində uğurlar arzulayıb.

Ölkənin hərtərəfli inkişafında savadlı və bacarıqlı gənclərin mühüm rol oynadığını vurğulayan Ə.Muradov tələbələrə peşəkar mütəxəssis olmaqla yanaşı, vətənini və millətini sevən layiqli vətəndaş kimi formalaşmağı tövsiyə edib. Prezident təqaüdünə layiq görülməklə və UNEC tələbəsi adını qazanmaqla onların öz yaşıdlarına örnək olduqlarını qeyd edib.

II ixtisas qrupu üzrə prezident təqaüdünə layiq görülənlərin 74%-nin UNEC tələbəsi olduğunu diqqətə çatdıran rektor bu tələbələrin Beynəlxalq İqtisadiyyat Məktəbini seçməsinin təsadüfi olmadığını bildirib: “Beynəlxalq İqtisadiyyat Məktəbi iki il öncə yaradılmasına baxmayaraq, ölkənin ən tələb olunan fakültəsi hesab edilir. Fakültənin ötən ilki məzunlarından 85%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib. Bundan başqa, Beynəlxalq İqtisadiyyat Məktəbinin Muhasibat uçotu ixtisası ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) tərəfindən tam akkreditasiya qazanmaqla, tələblərə ACCA imtahanlarından azadolmalar təqdim edir”.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələblərin icrası istiqamətində UNEC-də həyata keçirilən yeniliklərdən söz açan rektor London Universiteti/London İqtisadiyyat Məktəbi və Monpelye Universiteti ilə uğurlu əməkdaşlıqdan bəhs edib. UNEC-də bu ildən icrasına başlanılan Universitet Daxili İki Diplom (UDİD) proqramı barədə məlumat verib. Bildirib ki, tələbələr UDİD proqramına qoşulmaqla 4 il ərzində iki ixtisasa yiyələnərək əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.

Tələbələrə elmi-tədqiqat işlərində, startap layihələrində fəal olmağı tövsiyə edən rektor onları beynəlxalq olimpiadalarda, konfranslarda iştirak etməyə, UNEC-in mübadilə proqramlarından faydalanmağa çağırıb.

Sonda prezident təqaüdçülərinə xatirə hədiyyələri təqdim edilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment