1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


IFC Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinə yardım məqsədilə yeni məsləhət xidmətləri layihəsinə start verir
19.09.2017

Baki, FinanceTime. Dünya Bankı Qrupu kiçik sahibkarların inkişafinı və yeni iş yerlərin açılmasını dəstəkləmək məqsədilə, rəqəmsal maliyyə xidmətlərindən istifadəni asanlaşdırmaqla maliyyə sistemində maliyyə inklüzivliyinin genişləndirilməsi üçün Azərbaycanda yeni məsləhət xidmətləri layihəsinə start verir.

Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçiriləcək və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdiriləcək.  Növbəti üç il ərzində bu, ölkə ərazisində müasir elektron xidmətlərin təqdim olunmasına, müştərilər tərəfindən mürəkkəb proses hesab olunan xidmətlərdən istifadənin sadələşdirilməsinə yardım edəcək.

Dünya Bankının Maliyyə İnklüzivliyi Məlumat Bazası Qlobal İndeksinə əsasən, Azərbaycanın yetkinlik yaşına çatmış əhalisinin yalnız 29%-ı maliyyə institutlarında hesablara malikdir.  Bu rəqəm Avropa və Mərkəzi Asiya üzrə 50%-dan artıqdır.Layihə müştərilərə mobil telefonları və internet bankçılıqdan istifadə etməklə qəbzlərin ödənilməsi, kredit ödənişləri və pul köçürmələri daxil olmaqla bir sıra əməliyyatları həyata keçirməyə yardım etmək üçün ölkənin dövlət qurumları, maliyyə institutları, ödəniş sistemləri, emal mərkəzləri, mobil şəbəkə operatorları və digər bazar iştirakçıları ilə əməkdaşlıq edəcək.

"Ödəniş xidmətlərindən istifadənin təkmilləşdirilməsi universal maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi üçün əsasdır" -deyə Azərbaycan Respublikası Mərkəzi Bankınsədrinin birinci müavini Alim Quliyev qeyd etdi. "Bu layihə bank ilə əlaqədar bir çox proseslərin sadələşdirilməsi və xüsusilə ucqar ərazilərdə olan fiziki şəxslər və sahibkarlara maliyyə xidmətlərinə çıxış əldə etmək məqsədilə yeni texnologiyaların təqdim olunmasına yardım edəcək".

"Xüsusilə Azərbaycanın ucqar ərazilərində fiziki şəxslər və sahibkarlar üçün ən yaxın bank filialına çatmaq üçün yüksək qiymətlər, xərclər və zaman maliyyə xidmətlərindən istifadəyə əngəl törədir. Bu layihə əsasında bizim məqsədimiz Azərbaycanın əksər əhalisinə aşağı qiymətlər ilə maliyyə xidmətlərinin təmin olunmasına şərait yaradacaq innovativ modellərin təqdim olunmasına yardım etməkdir" -deyə IFC-nin Cənubi Qafqaz üzrə Regional Meneceri Yan van Bilsen bildirdi.

Azərbaycan 1995-ci ildənIFC-nin üzvüdür. 31 iyul 2017-ci il tarixinədək IFC ölkəyə təxminən 473 milyon ABŞ dolları maliyyə yatırımı etmişdir, bu vəsaitin 73 milyon ABŞ dolları digər kreditorlardan əldə edilərək, maliyyə xidmətləri, infrastruktur və istehsal sektorları daxil olmaqla bir sıra sektorlar üzrə 56 uzunmüddətli layihələrin maliyyələşdirilməsinə yönəlmişdir. Əlavə olaraq, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə ticarət sahəsi üzrə təxminən 80 milyon ABŞ dolları dəyərində maliyyə dəstəyi göstərmiş və Bakı- Tbilisi -Ceyhan boru kəməri üçün 250 milyon ABŞ dolları maliyyə vəsaitini təmin etmişdir. IFC həmçinin özəl sektorun inkişafına yönəlmiş bir sıra məsləhət xidmətləri layihələrini həyata keçirmişdir.


Dünya Bankı Qrupu haqqında

Dünya Bankı Qrupu inkişaf etməkdə olan ölkələr üçün dünyanın ən geniş maliyyə və məlumat mənbələrindən biridir. Bu beş əlaqədar qurumdan ibarətdir:  birgə Dünya Bankını təşkil edən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası; Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli İnvestisiyalara Zəmanət Agentliyi və İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz. İnkişaf etməkdə olan dünyada əhalinin yaşayış standartlarının artırılması və yoxsulluğun aradan qaldırılması missiyasıüçün hər bir təşkilat xüsusi rol oynayır. Daha ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa www.worldbank.org, www.miga.org, və  www.ifc.org internet səhifələrinə nəzər yetirin.

 

Əlaqədə qalın

www.facebook.com/IFCwbg

www.twitter.com/IFC_org

www.youtube.com/IFCvideocasts

www.ifc.org/SocialMediaIndex

www.instagram.comifc_org

 

SECO haqqında daha ətraflı məlumat üçün, aşağıdakı internet səhifəsinə daxil olun:

www.seco-cooperation.admin.ch.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment