1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Bank Ombudsmanı”(BO) ilə “Yapı Kredi Bank” QSC arasında əməkdaşlığın detalları müzakirə olunub
18.09.2017

Baki, FinanceTime. Sentyabrın 18-də “Bank Ombudsmanı”(BO) ilə“Yapı Kredi Bank” QSC arasında əməkdaşlıq haqqında görüş keçirilib.

Görüşdə “Yapı Kredi Bank”ın İdarə Heyətinin üzvü Şəhla Səmədova, Hüquq Departamentinin direktoru Teymuraz Əmirov, Uyğunluq və Daxili Nəzarət şöbəsinin müdiri Ramil Məmmədov, eləcə də Bank Ombudsmanı İkram Kərimov, Ombudsmanın Məsul katibi Elçin Həsənov və ABA-nın “Hüquqi Məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev iştirak edib.

Görüş zamanı Ombudsmanın Əsasnaməsi və Reqlamenti ilə bağlı bəzi təkliflər, Bank Ombudsmanının hansı işlərə baxması, Bank Ombudsmanının verdiyi qərarların tərəflər üçün hansı hüquqi nəticə yaradacağı, eyni zamanda Bank Ombudsmanı ilə “Yapı Kredi Bank” arasında olacaq əməkdaşlığın detalları müzakirə olunub.

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 23 bank üzrə daxil olan məsələlərə baxır.  Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment