1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” yeni “HD-Voice” yüksək keyfiyyətli səs ötürmə texnologiyasını təqdim etdi
15.09.2017

Baki, FinanceTime.   “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice)xidmətini təqdim etdi. Bu texnologiya səsin maksimal dərəcədə təmiz ötürülməsini təmin edir və mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət təəssüratı yaradır.

Səs tembri və intonasiyanın keyfiyyətlə ötürülməsini təmin edən bu texnologiya sayəsində“Nar” istifadəçiləri mobil telefonla danışarkən daha rahat ünsiyyət qura biləcəklər. Səs tezlikləri diapazonunun genişləndirilməsini təmin edən yeni texnologiya həm də kənar səslərin təsirini minimuma endirir, nəqliyyat vasitəsində hərəkət edərkən zəng xidmətinin daha da aydın və qüsursuz olmasını təmin edir. “HD-Voice” sayəsində “Nar” abunəçiləri üçün uzun telefon danışıqları və ya yüksəksəsli rabitə (handsfree) artıq əvvəlki kimi yorucu olmayacaq.

Mobil rabitə cihazı “HD-Voice” və 3G-ni dəstəkləyən istənilən “Nar” abunəçisi xidmətdən yararlana bilər. Texnologiyanın tətbiqi üçün heç bir əlavə ödəniş nəzərdə tutulmur və bu xidmət mobil rabitə cihazlarının sərf etdiyi enerjiyə təsir etmir.  

Bu gün təqribən 2 milyondan artıq abunəçisi olan, geniş şəbəkəsi və sərfəli qiymətləri ilə istifadəçilərə yüksəkkeyfiyyətli xidmət göstərən “Nar”-ın şəbəkəsi 6000-dən artıq baza stansiyasından ibarət olmaqla ölkə ərazisinin 93%-ni əhatə edir. Abunəçilər rabitə xidmətləri provayderi olan “Nar”-ın tariflərindən istifadə etməklə bütün istiqamətlərdə sərfəli qiymətlərdən faydalanırlar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment